SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İlham Əliyev: "Azərbaycanın ixrac imkanları qat-qat artacaq"

4-12-2017, 14:28 | Oxunub: 7 447 |

İlham Əliyev: "Azərbaycanın ixrac imkanları qat-qat artacaq"

"Azərbaycanın ixrac imkanları qat-qat artacaq".

Bunu Zirə qəsəbəsində "BAKU AGROPARK"ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olan Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.

Kollektivi təbrik edən dövlətimizin başçısı qeyd edib: "Gözəl müəssisə açılır, müasir standartlara cavab verir. Burada 10 hektarda gözəl park salınıb. İş şəraiti də, məhsuldarlıq da yaxşıdır. Ən son texnologiyalardır. Ölkəmizin iqtisadi potensialını artıran müəssisədir. Burada ixracyönümlü məhsullar istehsal olunur. Bu da bizim iqtisadiyyatımızın şaxələndirilməsi üçün çox vacibdir. İndiki şəraitdə biz bu məsələyə xüsusi diqqət göstəririk".

İlham Əliyev vurğulayıb ki, kənd təsərrüfatının inkişafı prioritet məsələdir: "Mənə verilən məlumata görə, ölkəmizdə 400 hektardan çox sahədə yeni istixana kompleksləri salınır. Orada yetişdiriləcək məhsulun, demək olar ki, hamısı xaricə ixrac olunacaq. İndi biz özümüzü tərəvəzlə təmin etmişik və ölkəmizə ən çox gəlir gətirən sahə məhz pomidorla bağlıdır. Bu ilin 10 ayında pomidor ixracından ölkəyə 130 milyon dollar pul gəlib. İndi təsəvvür edin, əgər biz növbəti mərhələdə 400 hektarda yeni istixana komplekslərini istifadəyə versək, - bu da təbii ki olacaq, - bu, bizim ixrac imkanlarımızı qat-qat artıracaq. Bu, yeni iş yerləri deməkdir, burada təqribən 200-ə yaxın vətəndaş işlə təmin olunub. Bura qadınlar üçün də iş yeridir. Bu da çox önəmlidir. Görürəm ki, burada işləyənlərin əksəriyyəti qadınlardır, iş şəraiti yaxşıdır".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR