SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

DİQQƏT: Saxta profilləri olanlara xəbərdarlıq: Cərimələnəcəksiniz!

21-11-2017, 16:55 | Oxunub: 9 146 |

DİQQƏT: Saxta profilləri olanlara xəbərdarlıq: Cərimələnəcəksiniz!

Yeni internet cərimələri tətbiq olunacaq. Bununla bağlı Milli Məclis İnzibati Xətalar Məcəlləsində əlavələr etməyə hazırlaşır.

Təkliflər parlamentin müvafiq komitəsinə təqdim edilib.Belə ki, internet informasiya ehtiyatının və domen sahibinin yayılması qadağan edilən informasiyanı yaymasına, informasiyanın yayılmasının qarşısını almamasına cərimə cəzası tətbiq edilə bilər. İlk növbədə tətbiq ediləcək cərimələr internet xuliqanlığının qarşısını almaq məqsədi daşıyır.

Təklif edilən maddə qadağan edilən informasiyanın internetdə yayılmasına görə, fiziki və hüquqi şəxslərin cərimə edilməsini nəzərdə tutur. Fiziki şəxslərin 500 manatdan 1000 manata, vəzifəli şəxslərin 1000 manatdan 1500 manata, hüquqi şəxslərin isə 1500 manatdan 2000 manata qədər cərimə edilməsi təklif olunur. Cərimələrin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla yayılması qadağan edilən informasiyanın internetdə yerləşdirilməsinə yol verilməsinə görə də tətbiq ediləcək. İnternet informasiya ehtiyatı hansısa informasiya “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edilirsə, həmin bilgi internet resursunda varsa, dərhal ona müraciəti məhdudlaşdırmalıdır. Əks halda host provayder və internet provayderlər vəzifəli şəxslər üzrə 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimələnəcəklər. Qeyd olunan müddəa o halda tətbiq ediləcək ki, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmasın. Sosial media mütəxəssisi Orxan Rzayev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, onlayn medianın tənzimlənməsi ilə bağlı Azərbaycanda hələ ki, qanunvericilik yoxdur:

“Amma cərimələrin tətbiqi müəyyən qədər işə yarıya bilər. Cərimələrin olması insanları son dərəcə ehtiyatlı olmağa vadar edə, yanlış, saxta və şantaj xarakterli informasiyaları yaymaqdan çəkindirə bilər. Avropa ölkələrində və ABŞ-da onlayn media haqqında qanunvericilik formalaşıb.Azərbaycan isə texnoloji mövzularda bir qədər geriləyir.Ona görə də lazımi proseslərə uyğunlaşa bilmirik.İlk növbədə sözügedən qanun qəbul edilməlidir.Bu qanun olmasa, problemlər hələ də qalacaq.Çünki məsələnin tənzimlənməsi çox çətin prosesdir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR