17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bakıda iki polis öldü, biri də yaralandı
Bu gün səhər Bakıda dəhşətli yol qəzası baş verib.
Emtv.az lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 232 dövlət qeydiyyat nişanlı “FİAT Doblo” markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə avtomobili idarə edən polis əməkdaşı Kərimov Qoşqar Salman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Digər polis əməkdaşı Məmmədov Elnur Eldar oğlu isə xəstəxanaya aparılarkən yolda vəfat edib.
Hadisə nəticəsində daha bir polis əməkdaşının ağır xəsarət aldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, polislər xidməti əraziyə gedərkən qəzaya düşüblər.
Faktla bağlı araşdırma aparılır.
Emtv.az