17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Hansı insanlar FEYXOA yeməməlidir
Feyxoa olduqca faydalı məhsuldur. Lakin bəzi xəstəliklər zamanı feyxoanın istehlakı insana ziyan vura bilər.
Söhbət xüsusilə hipertireoz (və ya tireotoksikoz) xəstəliyindən gedir.
Emtv.azxəbər verir ki, hipertireoz zamanı qalxanvari vəzinin hormonlarının ifrazı artır ki, bu da orqanizmin bir çox orqan və sistemlərinə mənfi təsir edir. Məntiqi sual yaranır - feyxoanın bu xəstəliyə nə aidiyyatı var?
Məsələ burasındadır ki, qalxanvari vəzinin hormonlarının istehsalı üçün yod lazımdır. Yod bu hormonların tərkibinə daxildir. Feyxoa isə yodla olduqca zəngindir. İnsanda hipertoreoz artıq varsa və onun qalxanvari vəzisi həddindən artıq aktivdirsə, yodla zəngin olan qidaların istehlakı qalxanvari vəzinin fəaliyyətini daha da aktivləşdirəcək ki, bu da xəstəliyin gedişatını ağırlaşdıra bilər.
Qalxanvari vəzinin digər pozulması olan hipotireoz (hiper - çox, hipo - az deməkdir) zamanı qalxanvari vəzi əksinə zəif işləyir, öz hormonlarını lazım olandan daha az ifraz edir. Hipotireoz zamanı qalxanvari vəzinin fəaliyyətini əksinə aktivləşdirmək lazımdır və bu vəziyyətdə yodla zəngin olan qidalar və o cümlədən feyxoa faydalıdır.
Emtv.az