SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İran Türkmənistan qazının Azərbaycandan keçməklə Türkiyəyə daşınması təklifini rədd etdi – Moskva və Tehrandan rəsmi Aşqabada təzyiq

2-11-2017, 16:44 | Oxunub: 10 684 |

İran Türkmənistan qazının Azərbaycandan keçməklə Türkiyəyə daşınması təklifini rədd etdi – Moskva və Tehrandan rəsmi Aşqabada təzyiq

Türkmənistan 23-25 oktyabr tarixlərində İran üzərindən Azərbaycana və TANAP (Trans Anadolu Qaz Kəməri) vasitəsilə Türkiyəyə qaz satılması üçün İran hökuməti ilə apardığı danışıqlardan rədd cavabı alıb.

Emtv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İran Milli Neft Şirkətinin direktoru Həmid Rza Arağı məlumat verib. O, Türkmənistanın bu təklifini qəbul etməkdiklərini bildirib.

Dünyanın dördüncü ən böyük qaz ehtiyatına malik Türkmənistan, bu potensialını dünya bazarlarına açma nöqtəsində müxtəlif sıxıntılar yaşayır. İran Türkmənistandan Mazandaran bölgəsi kimi şimalda qalan və cənubda qaz yataqlarından uzaq, nəqliyyat problemləri olan regionlar üçün qazı tədarük edir. Əfqanıstan isə daxili müharibələr səbəbindən Türkmənistanın hədəf seçdiyi TAPI (Türkmənistan- Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri layihəsinə uyğun bir sahə təmin edə bilmir.

Türkmənbaşı limanından Xəzər dənizi vasitəsilə Bakıya Transxəzər qaz kəməri çəkilişi isə illərdir danışılsa da, Rusiya və İranın təzyiqi ilə Türkmənistan bu layihəni də gerçəkləşdirə bilmir. Türkmənistanın Türkiyə və Avropa bazarına çıxış üçün ümidi yenidən yarımçıq qalmış oldu.

Bununla yanaşı Türkmənistan qazı bilvasitə Türkiyəyə çatır. Azərbaycanın dövlət enerji şirkəti olan SOCAR yay aylarında İran üzərindən Türkmənistan qazını alaraq saxlama müəssisələrində saxlayır. Qış aylarında isə bunu Türkiyə və Avropa bazarlarına çıxarır.
Türkmənistan qazının onun ərazisindən keçməklə dünya bazarına çıxarılmasını Ermənistan da təklif edir. Ancaq Türkmənistan rəsmiləri Ermənistanın təkliflərinin etibarlı olmadığını bildirərək, bu təklifə soyuq yanaşır.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR