SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Sabiq MTN polkovniki dələduzluqda ittiham olunur

5-09-2017, 13:04 | Oxunub: 8 262 |

Sabiq MTN polkovniki dələduzluqda ittiham olunur
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Fikrət Qəribov sədrlik edib. Prosesdə şahidlər ifadə verib.

Şahid qismində Əlihüseyn Mahirov dindirilib. O, oğlunun həbsdən buraxılması üçün gəlini Səriyyə Tahirova tərəfindən təqsirləndirilən şəxslərə 147 min manat verildiyini deyib: ”Pulları qohumun Ceyhun İbayev alıb. Vüqar Əsədov məni Lənkərana, Lerikə apardı. Guya bu işi onun əmisi həll edəcəkdi. Günah Ceyhun İbayevdədir. Çünkü pulu almışdı, gərək mənə də bu barədə deyərdi. Məndən qorxduğu üçün deməyib”.

Təqsirləndirilən C.İbayev məhkəməyə bildirib ki, pulun geri qaytarılması ilə bağlı V.Güləliyev 30 min manatı öz boynuna götürüb, bir nəfərlə görüşüb pul gətirəcəyini deyib. Amma o gedən gedib.

Təqsirləndirilən V.Güləliyev isə 147 min manat pul zərərçəkmiş Səriyyə Tahirovadan almadığını bildirib: “Bu pulun 77 min manatından xəbərim olub. 7 mini işi həll etmək üçün vermişəm. 47 mini isə Vüqar Əsədova vermişəm. Anama söz vermişəm düzünü danışacam. Gərək haqqla danışaq”.

Şahid qismində zərərçəkmiş Səriyyə Tahirovanın bacısı Zemfira Əhmədova ifadə verib. İfadəsində bacısının həyat yoldaşını həbsdən azad etdirmək Ceyhun İbayevə pul verdiklərini göstərib.

Hakim prosesə gəlməyən digər şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Məhkəmə prosesi sentyabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.
Sabiq MTN polkovniki dələduzluqda ittiham olunur

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR