SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

DİM test tapşırıqlarının hazırlanması üçün mütəxəssis qəbulu elan edir

29-08-2017, 13:03 | Oxunub: 6 864 |

DİM test tapşırıqlarının hazırlanması üçün mütəxəssis qəbulu elan edir

Dövlət İmtahan Mərkəzi (DİM) test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması işinə müqavilə əsasında mütəxəssis qəbulu elan edir.

DİM-dən verilən məlumata görə, müqaviləçi ali təhsil müəssisələrinin bakalavriat və müxtəlif ixtisas istiqamətləri üzrə magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını hazırlamaq üçün qeyd olunan funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir:

Bura sifariş əsasında test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını tərtib etmək, test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını həyata keçirmək, test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını Azərbaycan dilindən rus dilinə və əksinə tərcümə etmək, test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərcüməsinin ekspertizasını həyata keçirmək daxildir.

Müraciət edən şəxslər orta təhsil üzrə buraxılış və bakalavriat səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün müvafiq fənlər üzrə ən azı bakalavr təhsilinə, magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün isə magistr və ya daha yüksək elmi dərəcəyə malik olmalı, Azərbaycan və (və ya) rus dilini mükəmməl bilməli, Mircrosoft Office proqramlarında işləməyi bacarmalıdır.

Həmin şəxslər test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının məxfiliyini qorumağı öhdəsinə götürməli və nəzərdə tutulan öhdəlikləri tam keyfiyyətlə və vicdanla yerinə yetirməlidir.

Bildirilib ki, müraciət edənlərin test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası və tərcümə edilməsi sahəsində təcrübə qazanmaları üçün treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.

İşə götürülənin təyinatı, xidmət haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Bu sahəyə marağı olan şəxslərin verilən CV formasını (yüklə) tam şəkildə dolduraraq 2017-ci il sentyabr ayının 20-dək magistratura@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “Test tapşırığı hazırlanması üçün elan” yazaraq göndərmə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR