SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Avropa idman mediasında "Qarabağ"

24-08-2017, 14:29 | Oxunub: 10 032 |

Avropa idman mediasında "Qarabağ"
Qarabağın tarixi uğuru Avropa idman mediasının da diqqət mərkəzində olub.

Emtv.az xəbər verir ki, qitənin nüfuzlu media orqanları bu uğuru oxucularına “Qarabağ tarix yazdı” başlıqları ilə çatdırıblar.

İspaniyanın məşhur idman nəşri olan “Marka” qəzeti “Qarabağ” futbol komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı məqalə dərc edib.

Məqalədə “Qarabağ”ın heyətində oynayan ispaniyalı Miçelin və məşqçilərdən Ruben Sellesin fikirləri yer alıb.

Yazıda “Qarabağ” klubu haqqında oxuculara ətraflı məlumat verilib.

Alberto Rubionun müəllifi olduğu məqalədə “Qarabağ” komandasının bu mövsümdə UEFA Çempionlar Liqasının seçmə mərhələsində keçdiyi yoldan bəhs edilib.

UEFA-nın rəsmi saytı da dünənki oyunlardan sonra “Liverpul” və “Sportinq” bacardı,”Qarabağ” tarix yaratdı başlıqlı xəbəri ilə bu uğuru oxucularına çatdırıb. Xəbərdə qeyd olunub ki, Moskva “MOİK”i, Sporting , Liverpul və APOEL UEFA Çempionlar Liqası qrup mərhələsinə bunu bacaran ilk Azərbaycan komandası olan Qarabağ ilə birlikdə qatıldı.

Fransanın məşhur “Lequipe” qazeti də “Gecənin mahnısı Danimarkadan gəldi, Qarabağın tarix yazmağı bir Azərbaycan klubu üçün ilk demək idi” yazısı ilə təmsilçimizə uğurlar arzulayıb.

Türkiyənin nüfuzlu media orqanları da “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsinə yer ayırıblar.

“Hürriyyət” qəzeti “Qarabağ” tarix yazdı” başlıqlı yazıda Ağdam klubunun Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar liqasının qrupuna düşdüyünü yazıb.

“Milliyət” qəzeti isə xəbərə “Qarabağ” Çempionlar Liqasının qrupuna düşdü” başlığı verib.

Ölkənin daha bir nüfuzlu ictimai-siyasi KİV-lərindən “Haberturk.com” saytında “Qarabağ” “Kopenhagen”ı üstələyərək Çempionlar Liqasının qrupuna düşdü” başlığı verib.

“CNN Türk”ün saytı bu tarixi uğuru “Azərbaycan komandası “Qarabağ” bir ilki bacardı”, idman nəşrlərindən “Fanatik” qəzeti isə “Qarabağ” tarix yazdı” başlıqlarıyla dəyərləndirib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR