SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda bu il 11 ton yaş tütün istehsal edilib

11-08-2017, 14:48 | Oxunub: 6 633 |

Naxçıvanda bu il 11 ton yaş tütün istehsal edilib

Cari ildən başlayaraq “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı Kəngərli rayonunun Təzəkənd, Xıncab və Qarabağlar kəndlərinin ərazilərində tütün əkini aparıb.

Təzəkənd və Xıncab kəndlərinin ərazilərində 8 hektar, Qarabağlar kəndinin ərazisində isə 1,5 hektar sahədə tütün əkilib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, hazırda tütün plantasiyalarında ikinci qırım gedir. Birinci qırımda 11 ton yaş tütün istehsal edilib. Nəzərdə tutulub ki, plantasiyalarda 5-6 dəfə qırım aparılsın. Bunun üçün sahələr vaxtlı-vaxtında suvarılır və lazımı becərmə işləri aparılır.

“Cahan Tütünçülük” sahəsinin müdiri Nurəddin Qəhrəmanov bildirib ki, mütəxəssislərin fikrincə, “Verjinya” və “İzmir-Oriental” tütün sortları aqrotexniki qaydalara uyğun əkilsə və becərilsə, Naxçıvan şəraiti üçün çox məhsuldardır.

Aqronom Akif Sadiqov deyib ki, hazırda Təzəkənd və Xıncab kəndlərinin yaxınlığında tütünçülük mərkəzi tikilir.

"Bu mərkəzdə istixanalar, qəbul və tütünqurutma sahələri yaradılacaq, laboratoriya qurulacaq. Plantasiyalardan yığılan “İzmir-Oriental” sortlu tütün xüsusi parçalarda qurudulur və bu da keyfiyyətə müsbət təsir göstərir. “Verjinya” sort tütün isə iplərə düzülərək qurudulur. Qurutmanın belə aparılması sortların xüsusiyyətlərinə uyğun olaraq həyata keçirilir. "

Qeyd edək ki, “Cahan Tobacco” MMC-nin fəaliyyət istiqaməti tütün məhsullarının istehsalıdır. Xarici avadanlıqlarla təchiz olunmuş fabrikdə 9 növdə siqaret istehsal edilir. Xammal buraya xarici ölkələrdən gətirilir. Yerli şəraitdə tütün əkinlərinin keçirilməsi gələcəkdə imkan verəcək ki, həmin fabrik yerli xammal hesabına işləsin.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Naxçıvanda bu il 11 ton yaş tütün istehsal edilib


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR