SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında növbəti işçi görüş keçirilib

10-08-2017, 14:50 | Oxunub: 7 506 |

Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında növbəti işçi görüş keçirilib

Avqustun 10-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında növbəti işçi görüş keçirilib. Emtv.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən apa-ya verilən xəbərə görə, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırovun və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin Şimali-Qafqaz Gömrük İdarəsinin Gömrük nəzarətinin təşkili xidmətinin rəis əvəzi Konstantin Muruyevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib.

Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Ş, Bağırov iki ölkə arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlığa, mehriban qonşuluq münasibətlərinə söykənən əlaqələr qurulduğunu, hər iki ölkənin gömrük orqanlarının bu əlaqələrin daha da inkişaf etdirilməsində öz töhfəsini verdiyini diqqətə çatdırıb. Bundan başqa, Ş. Bağırov iki ölkə arasında dəmir yolu vasitəsilə daşınan yüklər barəsində qarşılıqlı məlumat mübadiləsinin təşkili, məlumatların əvvəlcədən ötürülməsi məsələlərinə toxunub, bu sahədə aparılacaq səmərəli fəaliyyətin gömrük nəzarətinin və rəsmiləşdirilməsinin sürətləndirilməsinə fayda verəcəyini bildirib.

Müzakirələr zamanı, həmçinin ölkəmizdən ixrac olunan meyvə-tərəvəz məhsullarının ünvanlarına vaxtında çatdırılması məqsədilə gömrük nəzarətinin operativliyinin vacibliyinə, eləcə də qarşılıqlı əməkdaşlıq əsasında görülən işlərə toxunulub.

Rusiya Federasiyası Federal Gömrük Xidmətinin Şimali-Qafqaz Gömrük İdarəsinin Gömrük nəzarətinin təşkili xidmətinin rəis əvəzi K. Muruyev səmimi qəbula görə təşəkkürünü bildirib və qeyd edib ki, görüşün gündəliyində duran məsələlər aktualdır və müzakirə ediləcək məsələlər əsasında aidiyyatı işlər həyata keçiriləcək.

Görüşdə sərhəd-gömrük keçid məntəqələrində meyvə-tərəvəz məhsulları daşıyan nəqliyyat vasitələrinin sürətli keçidinin təmini, sərnişin, nəqliyyat vasitələri, mallara dair məlumat mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

İclasın sonunda işçi görüşün protokolu imzalanıb.
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında növbəti işçi görüş keçirilib

Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında növbəti işçi görüş keçirilib

Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında növbəti işçi görüş keçirilib


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR