SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Hesablama Palatası tələbə pulunu yeyən Abel Məhərrəmovu “vurdu"

25-07-2017, 13:22 | Oxunub: 10 344 |

Hesablama Palatası tələbə pulunu yeyən Abel Məhərrəmovu “vurdu"
Hesablama Palatası Bakı Dövlət Universitetində (BDU) korrupsiya faktı aşkarlayıb

Məlumata görə, ölkənin qocaman ali məktəbi növbəti dəfə mənimsəmə faktı ilə gündəmə gəlib.

Bu dəfə nə tələbə, nə mətbuat BDU-dan yazıb, dövlətin orqanı olan Hesablama Palatası araşdırma aparıb. Məlum olub ki, təqaüdlərdə yeyinti olub.

Universitetdə ödənişli əsaslarla təhsil almış və müxtəlif kurslardan akademik məzuniyyətə getmiş tələbələrin qabaqcadan ödənilmiş təhsil haqqı məbləğləri kreditor borc kimi, müxtəlif səbəblərdən xaric edilmiş təhsil alanlar üzrə təhsil haqqı məbləğləri, tələbələr sırasından xaric edilmiş əcnəbi tələbələrin təhsil haqqı məbləğləri debitor borcunda əks etdirilməyib.

“Maarifçi Tələbə Kredit” fondu ilə təhsil krediti haqqında müqavilə imzalayan tələbələr üzrə hesablanmış təhsil haqqı məbləği universitetin zərərinə silinib.

Dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetin tələbələri sırasından xaric edilmiş tələbələr üzrə təhsil haqqı məbləği dövlət büdcəsinə qaytarılmayıb.

Akademik borcu olan BDU-nu bitirmiş və diplom almış tələbələrin kredit haqqı üzrə mövcud olan borcu da universitetin debitor borcu kimi uçotda öz əksini tapmayıb.

Palatanın yoxlaması rektor Abel Məhərrəmovun istifadə edilməyən təqaüdlərin vaxtında büdcəyə qaytarmadığını təsdiqləyir.

Yəni, rektorluq mənimsəməyə yol verib. Bakı Dövlət Universiteti özəl universitetləri geridə qoyub - indi rüşvət ittihamlarında.

Qocaman ali məktəbin günbəgün nüfuzunu aşağı salan rəhbərlik rüşvətə son qoymaq əvəzinə açıq şəkildə ittiham irəli sürənləri təhdid edir, qorxudur, tələbələri məhkəməyə verir.

Məsələn, tələbə Zəka Mirağayev İlahiyyat fakültəsindəki rüşvət hallarının araşdırılmasını tələbinə görə məhkəməyə verilib.

Abel Məhərrəmov tarixdə yeganə rektordur ki, tələbəni məhkəməyə verir. Hətta adı tez-tez rüşvətdə çəkilən özəl təhsil ocaqlarının rektorları belə tələbəni məhkəməyə verməyib.

İlkə imza atmaqda mahir olan A.Məhərrəmovun növbəti "uğur”u bir neçə il əvvəl BDU-da tələbələrin rüşvətə qarşı etiraz aksiyası keçirməsi idi. İndiyə qədər heç bir universitetin qabağında rüşvətə qarşı etiraz mitinqi olmamışdı.

O zaman keçirilən açıq görüşdə BDU-nun tarix fakültəsinin 4-cü kurs tələbəsi Ramilə Kiçiyeva rüşvət vermədiyi üçün imtahandan kəsildiyini mikrofona demişdi.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR