SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Prezidentin 2018 komandası: İlham Əliyev hansı nazirlərlə işləyəcək? - Siyahı

25-07-2017, 13:19 | Oxunub: 9 523 |

Prezidentin 2018 komandası: İlham Əliyev hansı nazirlərlə işləyəcək? - Siyahı
Prezident İlham Əliyevin 2018-ci il seçkilərindən sonra hansı nazirlərlə işləyəcəyi məlum olub

Emtv.az xəbər verir ki, bu barədə mətbuata verilən məlumatda qeyd olunur ki, dövlət başçısı ona, xalqa və dövlətçiliyə sadiq olan, xalqın rəğbətini qazanmış, fəaliyyəti ilə fərqlənən və vətəndaların müraciətlərinə həssas yanaşan nazirləri hökumətin tərkibində saxlayacaq.

Mənbənin sözlərinə görə, prezident Daxili İşlər naziri Ramil Usubov, Dövlət Təhlükəsizlik Xidməti rəisi Mədət Quliyev, Baş Prokuror Zakir Qaralov, Müdafiə naziri Zakir Həsənovla işləməyə davam edəcək.

Onların fəaliyyəti həqiqətən həm dövlət, həm xalq tərəfindən təqdir olunur. Eyni zamanda komandada fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Xarici İşlər nziri Elmar Məmmədyarov komandada yer alacaq.

Mənbə qeyd edir ki, 2018 seçkilərindən sonra maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri Heydər Əsədov, baş nazir Artur Rasi-zadə, iqtisadiyyat naziri Şahin Mustafayev, vergilər naziri Fazil Məmmədov əvəzlənə bilər.

Prezidentin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri postunda dəyişiklik etmək planı olmadığı vurğulanır.

İddialara görə, ədliyyə naziri Fikrət Məmmədov, təhsil naziri Miki Cabbarov və səhiyyə naziri Oqtay Şirəliyev də dövlət başçısının komandasında yer alacaq.

Məlumatda qeyd olunur ki, prezident 2018-dən sonra operativ, modern sistem quran, xalqı qane edən, şikayətlərin az gəldiyi, hakimiyyətə sadiq olan, bürokratiya, korrupsiya, özbaşınalıq hallarına yol verməyən nazirlərlə işləmək strategiyası qurub.

Eyni zamanda icra hakimiyyətlərində, komitələrdə, ASC-lərdə dəyişikliklər labüddür. Dövlət başçısı ASAN Xidmət modelinin inkişaf etdirilməsi, süni əngəllər yaradan qurumların ləğvi, vətəndaşları incidən, sahibkarlığın inkişafına mane olan idarələrin ləğvinə qərar verəcəyi gözlənilir.

Qarşıdakı prezident seçkisi ilində daha çevik komanda ilə işləmək və islahatları tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasəti davam edəcək.


Prezident İlham Əliyevin Prezident Administrasiyası strukturunda dəyişiklik etməsi ölkə mediasının gündəminə çevrilib.

Struktur islahatlarına məhz Prezident Administrasiyasından (PA) başlanılmasının əlbəttə ki, xüsusi səbəbi var. Əvvəla, bu, idarəetmənin “ürəyi” hesab olunan Prezident Administrasiyasında struktur və kadr ixtisarları aparmadan digər administrativ qurumlarda islahatların effektli olmayacağına verilmiş mesajdır.

Son aylar həm nazirliklərdə, həm birinci vitse-prezident aparatının formalaşmasında gənc kadr təyinatlarına üstünlük verilməsi bu tendensiyanın davamlı olacağını deməyə əsas var.

Gənc nazir Ramin Quluzadəyə rabitə ilə bərabər nəqliyyat sahəsinin də həvalə olunması siyasi komandada cavanlaşdırma strategiyasının yürüdüldüyünü təsdiqləyir və göründüyü kimi, davam da edir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR