SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İnterpol Bakıda holdinq rəhbəri olmuş şəxsi axtarır – FOTO

24-07-2017, 13:20 | Oxunub: 12 984 |

İnterpol Bakıda holdinq rəhbəri olmuş şəxsi axtarır – FOTO
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən vaxtilə Azərbaycanda holdinq rəhbəri olmuş şəxs barədə axtarış elan edilib. Bu “AzKor” Holdinqin direktoru işləmiş Axundzadə Şahin İzzət oğludur. 31.05.1966-cı il təvəllüdlü Axundzadə Şahin İzzət oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 313, 308-ci maddələri ilə axtarış elan edilib. Emtv.az xəbər verir ki, bu barədə azpolitika.info-ya vəkil Camal Bağırzadə məlumat verib.

Buna səbəb isə Axundzadə Şahin İzzət oğlunun 2007-2009-cu illərdə Bakıda holdinq direktoru işlədiyi zaman öz vəzifəsindən sui-istifadə etməsi, bir çox insanın daşınmaz əmlaklarını “Dəmir Banka” girov qoyaraq, külli miqdarda kredit götürməsi olduğu bildirilir: “Belə ki, Şahin Axundzadə Bakıxanov 6 qəsəbəsində yaşayan Əliyeva Sevinc İsmayıl qızının etibarından sui- istifadə edərək onu aldadıb. Onu mühüm bir vəzifə ilə təmin edəcəyi və Bakının mərkəzində başqa ev alacağını vəd edib. Bunun müqabilində isə 4 mərtəbəli evi banka girov qoyaraq, bankdan götürdüyü pulu ona verməsini istəyib. Ona inanan Sevinc Əliyeva da öz evini girov qoyaraq bankdan aldığı 520.000 ABŞ dollarını Şahin Axundzadəyə verib. Ancaq əvəzində nə vəzifəyə təyin olunub, nə də ev alıb”.

Şahin Axundzadənın digər şəxsləri, hətta öz qohumlarını da bu metodla aldadığı iddia edilir Bundan əlavə onun Novruzov İlham Süleymanşah oğlundan Bakı şəhərində ona iri torpaq sahəsi və bir çox binalarda icarə yerləri vermək adı ilə nəqd olaraq 4 miyon 250.000 ABŞ dolları aldığı bildirilir. Ancaq pul aldıqdan onra vədləni həyata keçirməyərək, pulları da götürüb xaricə qaçıb.
İnterpol Bakıda holdinq rəhbəri olmuş şəxsi axtarır – FOTO
Vəkilin sözlərinə görə, Şahin Axundzadə bu əməllıərinə görə polis tərəfindən uzun müddət axtarılıb: “Nəhayət 2011-ci ildə o yaxalanıb. Lakin bəzi zərərçəkmiçlərin pullarını qaytardığı, digərlərini də qaytaracağını vəd etdiyi üçün üçün buraxılıb. Ancaq bundan sonra da o eyni əməlləri davam etdirib.

Ona görə də Korrupsiya İlə Mübarizə Baş idarəsi tərəfindən Əliyeva Sevinc İsmayıl qızının şikayəti əsasında, həmçinin işlədiyi holdinqin möhür və blanklarından sui- istifadə etyiinə görə onun barəsində 09 iyun 2016-cı il 160066084 saylı cinayət işi başlanmışdır. Hazırda onun barəsində beynəlxalq axtarış elan edilmişdir. Bundan əlavə ona qarşı məhkəmələrdə çoxlu sayda mülki iddialar var və qətnamələr çıxarılıb”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR