SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“İnanmıram ki, ərazilərimizin qaytarılması ilə bağlı irəliləyiş olsun…”

24-07-2017, 10:50 | Oxunub: 6 574 |

“İnanmıram ki, ərazilərimizin qaytarılması ilə bağlı irəliləyiş olsun…”
İyulun 21-də Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

Prezidentərin görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində hansı addımların atılmasına səbəb ola bilər?

Emtv.az xəbər verir ki, məsələ ilə bağlı Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov modern.az-a açıqlama verib.

İcra başçısı deyib ki, İlham Əliyev prezidentliyi dövründə hər zaman Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çalışır.
“Prezidentimiz hansısa bir ölkəyə səfər edən zaman Dağlıq Qarabağla bağlı məsələ qaldırır. Ölkə başçısının apardığı işlər Azərbaycan xalqını qane edir. Amma nə qədər ki, Ermənistan prezidenti Serj Sərkisyan hakimiyyətdədi, inanmıram ki, ərazilərimizin qaytarılması ilə bağlı irəliləyiş olsun. Çünki onlar vaxt udmaqdan başqa, status-kvonun dəyişilməməsindən ötrü əllərindən gələn bütün provakasiyaları edir, yalançı addımlar atırlar. Ancaq bütün dünya, beynəlxalq təşkilatlar, Rusiya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edir”.

B.Səfərov bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri və həmkarı Vladimir Putinlə Soçidəki görüşü Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

“Azərbaycan və Rusiya prezidentləri arasında görüşlər mütəmadi xarakter alıb. Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təşkil olunmuş Minsk qrupu həmsədrlərindən əhəmiyyətli birisidir, regionda əsas güc sahibidir və Azərbaycan üçün də mühüm tərəfdaşdır. Bölgədəki münaqişələrin həlli istiqamətində Rusiya ilə daimi məsləhətləşmələr aparmaq olduqca əhəmiyyətlidir. Ona görə də Soçi görüşün faydalı olduğunu düşünürəm, yəqin ki, bu görüşün müsbət nəticələri olacaq”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR