SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Kərəm Həsənovun əmisi oğlu vətəndaşı qanına qəltan edib!

17-07-2017, 14:54 | Oxunub: 12 197 |

Kərəm Həsənovun əmisi oğlu vətəndaşı qanına qəltan edib!
Dövlət başçısı çıxışlarında hər dəfə məmur özbaşınalığına, vəzifəli şəxslərin yaxınlarının harın davranışlarına sərt münasibət göstərəcəyini bəyan etsə də, zaman-zaman belə sərt münasibəti göstərsə, bir neçə məmur buna görə işdən çıxarılsa da, hələ də belə hallara yol verənlər var.

Enmtv.az xəbər verri ki, belələrindən biri ilə bağlı Biləsuvar rayon Ovçubərə kənd sakinləri Eyniyeva Gülsabah Havarxan qızı azpolitika.info vasitəsilə ölkə Prezidenti İlham Əliyevə, Vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Zakir Qaralova, daxili işlr naziri Ramil Usubova , Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət ünvanlayıb. Onun şikayəti Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun doğma əmisi oğlu Kamal Nurməmməd oğlu Həsənovdandır. O, Kamal Həsənovu və ətrafını qanunsuzluqda, övladlarını vəhşicəsinə döyməkdə ittiham edir. Həmin məktubu kiçik ixtisar və zəruri redaktə ilə diqqətinizə çatdırırıq:

“Hazırda Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun doğma əmisi oğlu Kamal Həsənov qulluq mövqeyindən sui-istifadə etməklə, aldatma yolu ilə əhalinin kasıb təbəqəsinə ziyan vuraraq, onları dövlətdən narazı salmağa çalışır. Kamal Həsənov sübut etməyə çalışır ki, insanları aldadıb, onların əmək hüquqlarını əlindən alıb, bunun müqabilində cəzasız qalmaq olar. Ancaq biz inanırıq ki, belə deyil. Kamal Həsənovun əməllərinin bir qurbanı da mənəm. Mən orta təhsilliyəm, məşğuliyyətim maldarlıqdır. Buna görə də, qış otlaq sahəsinə ehtiyacım olduğundan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Mahir Quliyevə rəsmən müraciət etdik.

Müraciətimizi nəzərə alaraq, M.Quliyev 2011-ci ildə 100 ha otlaq sahəsinin 5 illiyə bizə icarəyə verilməsinə dair sərəncam verdi. Həmin torpaq sahəsindən 4 il istifadə etdikdən sonra Kamal Həsənov bizi aldadaraq, etibarımızdan sui-istifadə edərək 2016-cı ilin yaz aylarında bizə məxsus torpaq sahəsini öz yaxın qohumunun adına sənədləşdirmişdir. Məlumat üçün bildirək ki, biz həmin torpaq sahəsi üzərində 2 otaqlı yaşayış evi, mal-qaranın saxlanılması üçün 2 ədəd 108 kv.m sahəsi olan tövlə inşa etmişdik.

Bundan əlavə Kamal Həsənov bizim məlumatımız olmadan icarəyə götürdüyümüz torpaq sahəsinin 4,48 hektarını başqa şəxslərə satmışdır.

Bunlar azmış kimi, bu yaxınlarda, yəni 22 iyun 2017-ci il tarixdə övladım İmanov Əhlimanı öz fermasının yaxınlığında, otlaqda heç bir səbəb olmadan ölümcül döyərək, ona ağır bədən xəsarəti yetirmişdir (həmin foto görüntünü də təqdim edirəm)”.


Müraciətdə daha sonra bildirilir ki, Kamal Həsənov Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun əmisi oğlu olmasından istifadə edərə, belə əməllər edir, cəzasız qalır. Eyni zamanda insanların halal pullarını mənimsəyib, kütləvi narazılıq yaratmağa çalışır: “Hazırda yaşadığımız Ovçubərə kəndinin əhalisi mal-qarasının örüş-otlaq sahəsini ələ keçirərək, kənd sakinlərini hökumətdən narazı salmaq istəyir. Ona görə də, Sizlərdən xahiş edirəm ki, Kamal Həsənovun əməllərinə lazımı qiymət verilməsini təmin edəsiniz. Mənim kimi sadə vətəndaşların tapdanmış hüquqlarının bərpasına göstəriş verəsiniz”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR