SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Kirayə qaldıqları evdə narkotik vasitələr hazırlayanlar tutuldu – FOTOLAR

19-06-2017, 12:30 | Oxunub: 8 544 |

Kirayə qaldıqları evdə narkotik vasitələr hazırlayanlar tutuldu – FOTOLAR
Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində paytaxt sakini Rəsul Hacıyev şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun üzərinə baxış zamanı 13,042 qram sintetik tərkibli narkotik vasitə hesab olunan kannabinoidlər sinifinə aid güclü psixotrop təsirə malik olan “JWH” adlı narkotik vasitə aşkar olunaraq götürülüb.

Əməliyyat-axtarış tədbirinin davamı olaraq R.Hacıyevlə birlikdə həmin narkotik tərkibli maddələri hazırlayan Bakı şəhər sakini Cabbar Yəhyayev də saxlanılaraq məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxslərin Yasamal rayonunda birgə kirayə yaşadıqları sintetik tərkibli narkotik vasitələri hazırlamaq üçün laboratoriya kimi istifadə etdikləri mənzilə baxış zamanı oradan əlavə olaraq 510 qram qurudulmuş marixuana, 1 kiloqram 421,431 qram “JWH” adlı sintetik narkotik maddə, habelə həmin narkotik vasitələri istehsal etmək üçün istifadə edilən 11 ədəd plastik qabda kimyəvi maye və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Qeyd edək ki, saxlanılan şəxslər məqsədli şəkildə kimyəvi tərkibli narkotik vasitələrin əsasən gənclər arasında təbliğini və satışını təşkil etmək niyyətində olublar. Müştəri tapmaq üçün R.Hacıyev və C.Yəhyayev özlərini Türkiyə vətəndaşları kimi təqdim edərək qeyd edilən sintetik tərkibli narkotik vasitələri guya xarici ölkələrdən gətirdiklərini bildiriblər. Amma polis əməkdaşlarının ayıq-sayıqlığı və operativ şəkildə həyata keçirilən əməliyyat nəticəsində R.Hacıyev və C.Yəhyayevin bu çirkin niyyətlərinin qarşısı vaxtında alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Kirayə qaldıqları evdə narkotik vasitələr hazırlayanlar tutuldu – FOTOLAR


Kirayə qaldıqları evdə narkotik vasitələr hazırlayanlar tutuldu – FOTOLAR


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR