SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan Beynəlxalq Bankı özəlləşdirilir

14-06-2017, 12:15 | Oxunub: 8 590 |

Azərbaycan Beynəlxalq Bankı özəlləşdirilir
“Növbəti il Beynəlxalq Bank və Daşkəsən Filiz Saflaşdırma Kombinatıın səhmləri satışa çıxarılacaq. İndiyə qədər Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 2 dövlət proqramı həyata keçirilib”.

Emtv.az cebhe.info-ya istinadən məlumatına görə bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.
O bildirib ki, proqramlar çərçivəsində kiçik və orta ölçülü dövlət müəssisələrinin böyük əksəriyyəti özəlləşdirilib:
Azərbaycan Beynəlxalq Bankı özəlləşdirilir
“Növbəti ildən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan iri dövlət müəssisələrinin özəlləşdirilməsi gözlənilir. Milli iqtisadiyyat perspektivində ikinci hədəfi də özəlləşdrmə yolu ilə dövlət müəssisələrinin mülkiyyətçisinin dəyişdirilməsi, onların fəaliyyətində səmərəliliyin artırılması və bununla da iqtisadi dinamikliyi təmin etməkdən ibarətdir. Son məlumatlara görə, özəlləşdirilməyə açıq elan edilə biləcək müəssisələrin siyahısında öndə Beynəlxalq Bank və Daşkəsən Filizsaflaşdırma Kombinatı gəlir. Hər iki müəssisəni strateji əhəmiyyətini nəzərə alsaq özəlləşdirməyə start verilməmişdən əvvəl bir sıra məsələlərə aydınlıq gətirilməlidir.

1. Üçüncü özəlləşdirmənin miqyas və məqsədlər baxımından fərqli olacağını nəzərə alaraq, özəlləşdirmənin hədəflərini aydın ifadə edən yeni hüquqi və normativ baza hazırlanmalıdır. Özəlləşdirmənin fərdi investisiya müsabiqələri formalarına üstünlük verilməklə peşəkar və effektiv menecer cəlbinə nail olunmalı, özəlləşdiriləcək əmlakın dəyərinin qiymətləndirilməsi və götürüləcək investisiya öhdəliklərinin həcminin müəyyənləşdirilməsi beynəlxalq nüfuzlu qiymətləndirici şirkətlər tərəfindən həyata keçirilməlidir.

2. Özəlləşdirmədə xarici investorların iştirakına məhdudiyyət qoyulmamalı, investorların cəlbi üzrə aydın və təminatlı dövlət siyasəti həyata keçirilməli, xarici sərmayə qoyuluşunun hüquqi və iqtisadi əsasları müasir tələblərə uyğunlaşdırılmalıdır. Belə ki, xarici sərmayələrin cəlb edilməsinə daha səmərəli biznes-investisiya mühiti formalaşdırılmalı, onların özəlləşdirmədə iştirakının stimullaşdırılması və sərmayələrinin qorunması üçün dövlət zəmanətlərinin verilməsi nəzərdə tutulan xarici investisiyaların qorunması haqqında yeni Qanun layihəsi qəbul edilməlidir.

3. Özəlləşdirmədə sosial ədalətin qorunması üçün əmək kollektivlərinin iştirakını təsbit edən yeni hüquqi normalar yaradılmalı və səhmlərin bir hissəsi şərt qoyulmadan onların ixtiyarına verilməlidir.

4. Özəlləşdirmə zamanı investisiya müsabiqəsinin qaliblərinin götürdükləri öhdəliklərin icrasının monitorinqi nəzərdə tutulmalı və bu sahədə dövlət nəzarəti ilə yanaşı əmək kollektivinin ictimai nəzarəti də təmin olunmalıdır.

5. Özəlləşdirilən müəssisələrin fəaliyyətinə dair bütün informasiyalar açıq olmalı, dövlətsizləşdirmə prosesi şəffaf və hesabatlı olmalıdır”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR