17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Bakıda lüks avtomobil İTV-nin maşınına çırpıldı – Yaralının ayağını kəsdilər
Bu gün səhər saatlarında Bakıda ağır yol qəzası baş verib. Saat 09 radələrində Nərimanov rayonu ərazisində keçmiş Teymur Əliyev, hazırki Məmməd Araz küçəsində (Milyonerlər məhəlləsi kimi tanınan küçə) “Chevrolet Camaro” ilə İctimai Televiziyaya məxsus avtomobil toqquşub.
20 yaşlı Musa Həşimovun idarə etdiyi “Chevrolet Camaro” markalı, 99 LS 715 dövlət qeydiyyat nişanlı avtomobil İTV telekanalına məxsus “Shkoda” markalı, 10 PK 506 nömrəli maşına çırpılandan sonra yol kənarında dayanmış 1979-cu il təvəllüdlü İsmayılov Kənan Mübariz oğlunu vurub.
Hadisə nəticəsində İTV-nin sürücüsü ilə digər əməkdaşı, eləcə də “Chevrolet Camaro”nun sürücüsü xəstəxanaya aparılıb. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Yol kənarında dayandığı zaman bədbəxt hadisə ilə üzləşən Kənan İsmayılovun isə xəsarəti daha ağır olub. Onun sağ ayağı pəncə hissədən kəsilib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.
Emtv.az