SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“İki il ərzində bir ölkədə Avropa və İslam Oyunlarının keçirilməsi…” – Deputat

25-05-2017, 11:49 | Oxunub: 7 049 |

“İki il ərzində bir ölkədə Avropa və İslam Oyunlarının keçirilməsi…” – Deputat
lV İslam Həmrəyliyi Oyunları Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi.

Bunu mətbuata açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, lV İslam Həmrəyliyi Oyunları ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi:

“Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına təkcə idman tədbiri kimi baxmamalıyıq. Bunu dövlət başçısı İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə çox incəliklə vurğuladı. Bu tədbir həm də millətlər, dövlətlər, xalqlar arasında yaxınlaşmadır, siyasi, iqtisadi və mədəni əməkdaşlıqdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz bütün hərəkətlərimiz, davranışımız, tədbirlərimizlə dünyaya sülh mesajı verməliyik, bizim həmrəyliyimiz nümunə olmalıdır. Bu gün İslam dünyasında münaqişələr, vətəndaş qarşıdurması və sair kimi xoşagəlməz hallar baş verir. Bunlara son qoyulmalıdır. Biz dünyaya nümayiş etdirməliyik ki, İslam dini humanizm, sülh, vətənpərvərlik dinidir. Biz sübut etməliyik ki İslam dini terror deyil. Bütün bunların qarşısını almaq üçün İslam ölkələri arasında həmrəylik, tərəfdaşlıq olmalıdır, sülh bərqərar olmalıdır. İnanıram ki, Azərbaycan bu sahəyə töhvə vermiş bir dövlətə çevriləcək”.

Deputat qeyd edib ki, Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir. İki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunlarının keçirilməsi bunu bir daha təsdiq edir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR