SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Dilçilik İnstitutundan Nuşirəvan Məhərrəmliyə SƏRT CAVAB

17-05-2017, 13:41 | Oxunub: 10 323 |

Dilçilik İnstitutundan Nuşirəvan Məhərrəmliyə SƏRT CAVAB
“Bu vaxta qədər televiziyaların monitorinqi aparılarkən Milli Televiziya və Radio Şurası tərəfindən bizim əməkdaşlarımıza çox cüzi, özlərinin aldıqlarından az ödəniş edilib. Lakin sonradan televiziya və aparıcılar tərəfindən məhz bizim əməkdaşlarımız tənqid hədəfinə çevrilir. Bizim də Milli Telviziya və Radio Şurası qarşısında qaldırdığımız məsələ bununla bağlıdır”.

Bu sözləri mətbuata açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin televiziyaların monitorinqi üçün şöbədən onlara illik ödəniş tələb edilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu vaxta qədər qurumlar arasında işlər müqavilə əsasında həyata keçirilməyib: “Bizim şöbəmizin əməkdaşları hər dəfə monitorinq nəticələrindən sonra aparıcılar tərəfindən saytlarda, telekanallarda tənqid hədəfinə çevirilirlər. Yəni icraçı tərəf məsuliyyət altında olsa da, Milli Televiziya və Radio Şurası bu məsələdə kənarda qalırdı. Bunu əsas tutaraq bu il şuraya təklif etdik ki, televiziyaların monitorinqi üçün ayrılan vəsaitin bir hissəsi müqavilə əsasında Dilçilik İnstitutunun hesabına köçürülsün. Bu müqavilənin imzalanması həm də hər iki tərəfin öz üzərinə düşən məsuliyyəti hiss etməsinə səbəb olacaq. İcraçıya işi gördürən tərəf də məsuliyyətini dərk etməlidir. Bu vaxta qədər əməkdaşlıq etdiyimiz qurumlarla müqavilə imzalanıb. Nə üçün Milli televiziya və Radio Şurası buna razı olmur? Bu vaxta qədər televiziyaların monitorinqi üçün İnstitutla şura arasında müqavilə imzalanmayıb, bizim əməkdaşlarımıza 200-250 manat civarında ödəniş edilib. Əməkdaşlarımız bütün monitorinqi aparırır, tədbirdə açıqlamanı də biz veririk, sonradan tənqid hədəfinə də bizim əməkdaşlarımız çevrilir. Biz illik ödəniş deyil, monitorinqlər aparıldığı müddətdə ödəniş edilməsini tələb etmişik. Məqsədimiz də hər iki qurumun üzərinə düşən məsuliyyəti dərk etməsidir. Bu müqavilə nəticəsində ödənilən vəsait Monitorinq şöbəsinin əməkdaşlarına deyil, Dilçilik İnstitutunun hesabına köçürüləcək”.

S.Əliyeva bildirib ki, artıq institut əməkdaşları tərəfindən televiziyaların monitorinqi aparılıb və yaxın müddətdə nəticələr açıqlanacaq: “Biz onsuz da üzərimizə düşən vəzifəni icra edirik. Növbəti həftə televiziyalarda aparılan monitorinqin nəticələrini açıqlayacağıq. Milli Televiziya və Radio Şurasından da əməkdaşları dəvət edəcəyik, onlar da fikirlərini bildirəcəklər. İşimiz dilə xidmət etməkdir, hər hansı aparıcını tənqid hədəfinə tutmaq məqsədimiz deyil. Biz aparıcılardan Azərbaycan dilində düzgün danışmağı tələb edirik. Bu açıqlamadan sonra hansı aparıcı, telekanalın narazılığı olacaqsa, şöbə müdiri kimi mən onlara cavab verməyə hazıram. Bundan sonra treyninqlərin təşkil edilməsi nəzərdə tutulur. 2-3 aydan bir monitorinq aparacağıq, yalnız xəbərlər deyil, digər verilişlər də bu prosesə cəlb ediləcək”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli mətbuata açıqlamasında Dilçilik İnstitutu televiziya və radiolarda monitorinqlərin aparılması üçün MTRŞ-dan illik vəsaiti istədiyi ilə bağlı açıqlama verib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR