SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Damladan yeni qalmaqal: - Aygün və Röya duet təklif eləsə…

17-05-2017, 13:06 | Oxunub: 15 678 |

Damladan yeni qalmaqal: - Aygün və Röya duet təklif eləsə…
”Azərbaycan şou-biznesində duet oxumaq istədiyim müğənni yoxdur”.

Bu sözləri mətbuata açıqlamasında müğənni Damla deyib. O bildirib ki, bu günə qədər heç bir azərbaycanlı müğənni ilə duet oxumağı arzu etməyib: “Elə bir ifaçı yoxdur ki, onunla duet oxumağı arzulayım. Yalnız Azərbaycandan kənarda, türk və özbək estradasından olan bir müğənni ilə duet oxumaq istəyərdim. Məsələn, Ozerbek Nazarbekovla və Türkiyədə Nilufərlə duet oxuyardım”.
Müğənniyə ünvanlanan ”Aygün və ya Röya ilə duet oxumaq istərdinmi?” sualına belə cavab verib: “Bu dəfə də yalan danışa bilməyəcəm. Nə zamansa ola bilər. Yəni onlardan duet təklifi alaramsa, məmnuniyyətlə qəbul edərəm”.

Damla “bəs özünüz Aygün və Röya”ya duet təklifi edərdinizmi? sualına cavabında isə deyib ki, onun belə fikri yoxdur: “Mən dedim axı, Azərbaycan estradasında elə bir ifaçı yoxdur ki, onunla duet oxumaq üçün səbirsizlənim”.

Damla bildirib ki, heç vaxt Türkiyə şou-biznesinə qatılmaz: “Heç bir zaman Türkiyədə tanınmaq üçün külli miqdarda pul xərcləmərəm. Hər kəs istəyər ki, ölkəsindən kənarda da tanınsın. Onlar bizim ölkəyə gəlib, ciblərinə pul yığıb gedirlər. Bizim ən böyük saraylarımızda konsert verirlər. Televiziyalarımız, saytlarımız onların qabağına qaçıb müsahibə alırlar. Biz niyə gedib onlara pul xərcləməliyik ki?”

İfaçı onu da əlavə edib ki, bizim məşhurlardan Türkiyədə tanınan yalnız Üzeyir Mehdizadədir: “Açıq deyim, 2-3 gün bundan qabaq Türkiyədə idim, orada Üzeyirin mahnısını eşitdim. Düşünürəm ki, orada Üzeyiri tanıyırlar. Mən onların Nilufərini, Funda ararını tanıdığım kimi, istərdim ki, onlar da bizim sənətçiləri tanısınlar”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR