SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Şeron"un sabiq üzvündən hədə-qorxu ilə pul alan şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb

11-05-2017, 13:50 | Oxunub: 7 422 |

"Şeron"un sabiq üzvündən hədə-qorxu ilə pul alan şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov, Əfsun Quliyev və Ariz Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Sonra təqsirləndirilən şəxslər ittihama münasibət bildirib və ifadə veriblər.

Təqsirləndirilən Emin Bağırov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, Ramin Qasımovdan pul tələb etmədiyini deyib: “Mən yalnız Tahirlə Raminin danışmasına vasitəçi olmuşam. Buna görə özümü qismən təqsirli bilirəm. Bundan əvvəl də Ramin və İntizarı Tahirin toy məclisində görmüşdüm. Həmin vaxt Tahir nikah bağlamışdı, buna görə də evində kiçik məclis düzəltmişdi. Sonradan bildim ki, Ramin və İntizarın Tahirlə aralarında mübahisə olub. Onların arasında hansı mübahisənin olmasının şahidi olmamışam”.

Digər təqsirləndirilən Vazeh Bağırov da ittiham üzrə özünü qismən təqsirli bilib O, ibtidai istintaqa verdiyi ifadəsində yanlışlıqlar olduğunu və heç bir cinayətdə iştirak etmədiyini deyib: “Tahirin toyuna getdiyim və orda olduğum üçün özümü qismən təqsirli bilirəm”.

Ariz Məmmədov isə özünü təqsirli bilməyib. O deyib ki, cinayət işi ilə heç bir əlaqəsi yoxdur.
Sonra zərərçəkmiş şəxslər ifadə verib.

Zərərçəkmiş Ramin Qasımov ifadəsində bildirib ki, 2013-cü ildə Rəşad Əhmədovun yaratdığı “Şadan” qrupunun üzvü olub və qrupun fəaliyyətin üçün pula ehtiyacları olub: “Qrupda bizimlə birlikdə İntizar da olub. Sonradan qrupun inkişaf etməsi üçün pula ehtiyac yarandı. Buna görə də Rəşad razılıq əsasında atasına məxsus səsyazma studiyasını satdı və pulunu qrupunu reklamı və digər işlərə sərf etdi. Toyda qazandığım pullardan 15 min manat Rəşad Əhmədova ödədim. Sonradan aramızda yaranan anlaşılmazlıqla bağlı qrupdan ayrılmağa qərar verdim. Bu zaman Rəşad pul söhbəti etdi. Bildirdim ki, ortaya qoyulan puldan öz öhdəmə düşən miqdarda pulu vermişəm. Ümumilikdə pullar qrupun reklamına xərclənib. Bu səbəbdən 15 min manatdan əlavə pul ödəməkdən imtina etdim”.

R. Qasımov deyib ki, 2016-cı ilin oktyabr ayında əvvəllər tanımadığı Tahir adlı şəxs ona zəng edib və harada olduğunu soruşub. Onun sözlərinə görə, Tahirlə görüşəndə ondan hədə-qorxu ilə 4 min manat pul tələb ediblər: “Zəng edəndə ona dedim ki, hazırda Qazaxdayam. Bildirdi ki, təcili Bakıya gəl, görüşmək lazımdır. Mən də Bakıya qayıdandan sonra Tahirlə əlaqə saxladım. Tahir bildirdi ki, pul söhbəti var, görüşmək lazımdır. Sonra İntizarla əlaqə saxladım. İntizarda eyni məsələ ilə bağlı onunla əlaqə saxlanıldığını bildirdi. Ertəsi gün onlarla görüşdük. Orada ən çox danışan Tahir idi. Digərləri də ona “rəis” deyə çağırırdılar. Tahir və digərləri bizdən 4 min manat pul tələb etdilər. Mən pul verməyə imkanım olmadığını dedim. Bu zaman İntizar dedi ki, maşınım var, onu qiymətləndirib, götürə bilərsiz. Sonradan məni çağırdığı ünvana getdim”.

Zərərçəkmiş qeyd edib ki, Tahid adlı şəxs alınan pulların “Lotu Namiq”ə çatacağını deyib: “Məndən 500 dollar aldı. Sonra bildirdi ki, 2 min dollar təcili gətir, həmin pul “Lotu Namiq”ə çatacaq. Orada Tahir mənə hədə-qorxu gəlirdi, üstündə də silah vardı. Tahir pulu çatdırmadığım halda “başım ağrıyacağını” deyirdi”.


Proses mayın 18-də davam etdiriləcək.


İttihama görə, təqsirləndirilən şəxslər özlərini "Lotu Quli"nin qardaşı "Lotu Namiq"in adamları kimi təqdim ediblər. Onlar 2016-cı ilin oktyabrından 2017-ci ilin yanvar ayınadək "Şeron" qrupunun sabiq üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramil Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları tələb ediblər və pulun çatdırılması üçün vaxt qoyublar. Təqsirləndirilən şəxslər 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonunda İntizar Məmmədovla Ramil Qasımovun hər birindən 500 dollar alıblar. Daha sonra isə İ. Məmmədovun "Mercedes Benz" markalı avtomobilini əlindən alaraq, verəcəyi pulun 10 min manatını çıxıblar.

Onlar 2016-cı ilin noyabr ayının 30-da R. Qasımovdan 4 min dollar alıblar. Bu il yanvar ayının 6-da isə R. Qasımovdan qalan 12 min manatı istəyərkən tutulublar.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Ə. Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR