SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Eldar Mahmudovun ölkədən çıxışına qanunla “stop” qoyuldu

11-05-2017, 13:06 | Oxunub: 9 938 |

Eldar Mahmudovun ölkədən çıxışına qanunla “stop” qoyuldu
Sabiq MTN-çilərə nəzarət gücləndirildi

Ötən həftə ölkə başçısı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman verib. Sistemin əsas təyinatı hüquq-mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, şəxsiyyət vəsiqələri, pasport-viza və digər sərhədkeçmə sənədlərinin fərdi olaraq doldurulması və verilməsi, yaşayış və olduğu yer üzrə qeydiyyat, ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan və ya axtarışda olan şəxslər, nəqliyyat vasitələri üzrə siyahıların aparılması, etibarsız sərhədkeçmə sənədləri üzrə yoxlamanın aparılması, şəxslərin, sənədlərin, nəqliyyat vasitələrinin nəzarət siyahıları ilə yoxlanılması və sərhədkeçmə uçotu, şəxslərin identifikasiyası, sərhədkeçmə və şəxsiyyəti təsdiq edən sənədlərin həqiqiliyinin müəyyənləşdirilməsi, biometrik məlumatlar üzrə informasiya resurslarının formalaşdırılması məqsədilə məlumatların toplanılması ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir.

Dəyişikliyə əsasən sistem çərçivəsində Xarici Kəşfiyyat Xidmətinin vəzifələri müəyyənləşdirilib. Bu vəzifələr sırasına xaricə daimi yaşamağa getmək hüququ “Dövlət sirri haqqında” Qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmış dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları və ya sabiq əməkdaşları haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi, kəşfiyyat tədbirlərinin həyata keçirilməsi məqsədi ilə məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi, sistemdə tətbiq olunan informasiya mühafizə, o cümlədən şifrləmə vasitələrinə aid təkliflərin verilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi ilə bağlı rəylərin sistemə daxil edilməsi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, readmissiya üzrə sorğuların, onlara əlavə olunan məlumatların, habelə verilən cavabların informasiya resursunun formalaşdırılmasında və identifikasiya-sorğu işində iştirak edilməsi, şəxsin başqa fərdi məlumatlarla pasport, şəxsiyyət vəsiqəsi, digər sərhədkeçmə və şəxsiyyəti təsdiq edən sənədi almaq, belə sənədlərdən istifadə etmək cəhdlərinin aşkarlanması işlərinin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilməsi və müvafiq məlumatların sistemə daxil edilməsi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, sistemdaxili audit fəaliyyətinin həyata keçirilməsi daxildir.

Eldar Mahmudovun ölkədən çıxışına qanunla “stop” qoyuldu

Qanuna dəyişikliklərin indiki mərhələdə edilməsi belə fikirlər formalaşdırıb ki, istintaqa cəlb edilmiş “mahmudovçular”ın, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkədən çıxışına məhdudiyyət qoyulması asanlaşdırılır. Bu belədirmi? Ümumiyyətlə, dövlət sirrinə vaqif olan şəxslərin ölkədən çıxışı məsələsi necə tənzimlənir?

İstefada olan təhlükəsizlik zabiti İlham İsmayıl deyir ki, dövlət və məxfi sirlərə malik şəxslərin ölkədən gedib-gəlməsi müstəqilliyin ilk illərindən qanunla tənzimlənir: “Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi, xüsusi xidmət orqanı, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, məxfi, hərbiləşdirilmiş strukturlarda işləyənlər ölkədən çıxarkən mütləq şəkildə rəhbərliyə hara, niyə getdiyi haqda məlumat verir. Əgər məsləhət olursa, şəxsə ölkədən getmək haqda icazə verilir. İcazə verilmirsə, şəxs ölkədən çıxmalı deyil”.

İ.İsmayıl deyir ki, istefada olan belə şəxslərin ölkədən getməsinə heç bir əngəl yoxdur: “Şəxs hərbləşdirilmiş strukturdan istefaya çıxanda iltizam verir. İltizamda yazır ki, mənə xidmətim dövründə bəlli olan məxfi sirri, dövlət sirrini aşkar etdiyim halda cinayət məsuliyyətinə cəlb oluna bilərəm. Yəni şəxs xaricə gedib orada bildiyi informasiyaları kimlərəsə versə, o, iltizam verib. Yəni məsuliyyətə cəlb oluna bilər. Amma istefada olan şəxsin bütün hüquqlarının dayandırılması məsələsi yoxdur. Sovet dövründə xüsusi alimlər vardı ki, onların kəşfləri – məsələn, nüvə silahı ilə bağlı kəşfləri olurdu, onların müəyyən müddətdə xaricə getmələri yasaqlanırdı. Azərbaycanın elə bir sənayesi yoxdur. Ölkəmizdə atom bombasının yeni növləri hazırlanmır. Amma dövlət sirri, məxfi sirr var. Buna görə də belə sirləri bilən şəxslər ölkədən çıxanda təmsil etdiyi qurumların rəhbərliklərinə məlumat verməlidirlər”.

İ.İsmayıl deyir ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərmana qədər də istintaqa cəlb olunan şəxslərin ölkədən çıxışı məhdudlaşdırılırdı: “Bu günə qədər istintaqa cəlb olunan şəxslərin ölkədən çıxışı məhdudlaşdırılırdı. Onlar ölkədən gedə bilməzdilər. Hazırkı fərmanla, sadəcə dövlət qurumlarının vəzifələri müəyyənləşdirilib”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR