17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Daşkəsəndə xeyli miqdarda mənşəyi məlum olmayan ət aşkarlanıb (FOTO)
Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini 60 yaşlı Nafiq Əliyevin idarə etdiyi “Hyundai” markalı yük avtomobili saxlanılıb.
Avtomobilin yük yerinə baxış zamanı hər biri 20 kq olmaqla ümumilikdə 50 qutu (1000 kq) ət aşkarlanıb.
Avtomobilin yükləndiyi özəl şirkətlərdən birinə məxsus Daşkəsən rayon Quşçu kəndi ərazisində yerləşən kəsim emalı fabrikinə baxış keçirilən zaman, oradan daha 4 ədəd baş, ümumi çəkisi 5680 kq olan qablaşdırılmış və dondurulmuş mənşəyi məlum olmayan ət aşkarlanaraq götürülüb.
Rayon Baytarlıq İdarəsinin əməkdaşları əraziyə cəlb olunub. İlkin müayinələr zamanı ətin mənşəyinin məlum olmadığı aşkarlanıb. Ətdən nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Emtv.az