SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Biz bu hərəkətimizlə bir növ Türkiyəni cəzalandırmış olacağıq” – Səməd Seyidov

25-04-2017, 11:13 | Oxunub: 8 268 |

“Biz bu hərəkətimizlə bir növ Türkiyəni cəzalandırmış olacağıq” – Səməd Seyidov
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasının bugünkü plenar iclasında “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat ətrafında müzakirə aparılıb.

Apa-nın Avropa bürosunun xəbərinə görə, müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Avropa Şurasının təsisçilərindən olan Türkiyənin indiki ağır vaxtında bu ölkəyə qarşı monitorinq prosesini açmaq deyil, əksinə, Türkiyəyə yardım etmək lazımdır: “Ümumilikdə hesabatda əks olunanlarla razılaşmaq olar, amma burada bir mühüm məsələ var. Bu da postmonitorinq mərhələsində olan Türkiyənin monitorinq prosesinə salınıb-salınmamasıdır. Bu, qəbuledilməzdir. Düşünün bir görək, postmonitorinqlə monitorinqin fərqi nədədir? Ola bilsin ki, belə bir qərar qəbul olunduqdan sonra ölkə üzrə iki deyil, üç, dörd və daha çox məruzəçi təyin edilsin. Və ya bəlkə bundan sonra Türkiyəyə indikindən daha çox səfərlər ediləcək? Fikrimcə, bu məsələni qabartmaqdansa, biz monitorinq prosesi anlayışının özünü dəyişdirməliyik. Biz doğrudan da Türkiyəyə yardım etmək istəyiriksə, o zaman yaxşı olar ki, bu ölkə üzrə xüsusi bir qrup yaradaq. Assambleya üzvlərindən ibarət olacaq bu qrup türk dostlarımızla əməkdaşlıq edərək bu ölkəni, orada gedən prosesləri daha düzgün anlaya bilərdi. Monitorinq məsələsinə əl atsaq, o zaman biz bu hərəkətimizlə bir növ Türkiyəni cəzalandırmış olacağıq. Bununla biz AŞPA olaraq Türkiyə ilə qurduğumuz münasibətləri pisləşdirə bilərik. Hesab edirəm ki, Türkiyənin postmonitorinqdən monitorinq mərhələsinə salınması əksinə, bu ölkənin Avropadan izolyasiyasına gətirib çıxaracaq. Biz bu məsələdə müdriklik nümayiş etdirib, belə kəskin qərarlara əl atmamalıyıq. Hesab edirəm ki, burada bəzi ölkələr, bəzi dairələr bəlkə də məsələnin bu cür inkişaf etməsini arzulayırlar. Ancaq yaxşı olar ki, biz bu müddəanı hesabatdan çıxaraq. Mən sizi, hörmətli həmkarlarımı, Türkiyəni postmonitorinq mərhələsində saxlamağa, bu ölkəni dəstəkləməyə, Türkiyə və eləcə də Avropa üçün bu çətin vaxtlarda bu ölkəyə yardım etməyə çağırıram”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR