SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Banka borcu olan şəxs adını dəyişə bilərmi? - Cavabı bu xəbərdə...

18-04-2017, 11:02 | Oxunub: 11 371 |

Banka borcu olan şəxs adını dəyişə bilərmi? - Cavabı bu xəbərdə...
Traktor, Stəkan,Qutabə, İbniş, Variş, Səviyyə, Oktyabr, Nənəş, Zibil, Eşşək və s. bu adları eşitdikdə təəccüblənirik. Bu adlar Azərbaycanda şəxslərin daşıdıqları adlardır. Onların sırasında adlarının mənalarından utandıqları üçün sonradan adlarını dəyişənlərə də rast gəlinir. Bəs, vətəndaş adını dəyişmək üçün hansı addımı atmalıdır?

Məsələnin hüquqi tərəfindən danışan hüquqşünas Nicat Gözəlov qeyd edib ki, vətəndaş adını dəyişmək istəyirsə, ilk növbətə müvafiq qeydiyyat orqanına müraciət etməlidir. Hüquqşünas həmçinin qeyd edib ki, vətəndaş müraciətində adının hansı səbəbdən dəyişdirdiyini də əsaslandırmalıdır:

“Adların dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı və Azərbaycan Respublikası Ailə Məcəlləsinin əsasında mümkündür. Həmin qanunda qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir.”

Bir şəxs ad və soyadını neçə dəfə dəyişdirə bilər? Hüquqşünas Nicat Gözəlov qeyd edir ki, adın dəyişdiirlməsi ilə soyadın və soyad sonluğunun dəyişdirilməsində bir qədər fərq var:

“Şəxs soyad sonluğunu yalnız bir dəfə dəyişə bilər. Misal üçün “ov” sonluğundan imtina edib, “zadə” və s. sonluğu qəbul edən vətəndaş onu növbəti dəfə dəyişmək üçün qeydiyyat orqanına müraciət etdikdə imtina cavabı alır. Soyad sonluğundan fərqli olaraq adın bir neçə dəfə dəyişdirilməsi hallarına rast gəlinir. Əgər, müvafiq qeydiyyat orqanı vətəndaşın adının dəyişdirmək istəyinə yox deyibsə, o zaman mübahisə məhkəmə müstəvisində həll olunmalıdır.”

Banka borcu olan vətəndaş ad və soyadını dəyişə bilərmi? Ümumiyyətlə qanunda hansı hallarda vətəndaşın ad və soyadını dəyişdirilməsinə qadağa qoyulub?

“Banka borcu olan vətəndaşın ad və soyadını dəyişdirməsində qanunla heç bir məhdudiyyət qoyulmayıb. Amma ad və soyadını dəyişdirən şəxs bu haqda müqavilə bağladığı qarşı tərəfə məlumat verməlidir. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.”

Ad və soyadını dəyişmək istəyən vətəndaş hara və necə müraciət etməlidir?

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir.

Ad və soyadın dəyişdirilməsi üçün lazım olan sənədlərin siyahısı:

1. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə;
2. Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;
3. Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
4. Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
5. Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
6. Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
7. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
8. Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;
9. Dövlət rüsumunun ödənilməsi barədə sənəd.


Qeyd: Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

İştirak etməli olan şəxslərin siyahısı:

1. Uşaq 18 yaşına çatanadək onun valideynləri;
2. Ərizə verən şəxsin özü;
3. Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.


Dövlət rüsumunun məbləği:

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR