SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ELDAR İSMAYlLlN 75 İLLİYİ QEYD OLUNDU-VİDEO-FOTOLAR

13-04-2017, 17:29 | Oxunub: 16 470 |

ELDAR İSMAYlLlN 75 İLLİYİ QEYD OLUNDU-VİDEO-FOTOLAR

Dünən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli yazıçı-publisist, tanınmış jurnalist, Azərbaycan Tibb Universitetinin nəşri olan "Təbib" qəzetinin baş redaktoru Eldar İsmayılın 75 illik yubileyi təntənə ilə qeyd olunub.

Emtv.az xəbər verir ki, tədbirdə Azərbaycanın tanınmış ziyalıları, görkəmli elm və incəsənət xadimləri, o cümlədən Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin təmsilçiləri və “Esmamedia TV" internet kanalının əməkdaşları da tədbirdə iştirak etmişdilər.

Xüsusi ilə qeyd edək ki, keçirilən tədbirə dəvət alanların sırasında tanınmış jurnalist, özünün könül oxşayan qəzəlləri və şeirləri ilə təkcə ölkəmizdə deyil, həmçinin Azərbaycanın hüdudlarından kənarda, o cümlədən, qardaş Türkiyədə də oxucuların rəğbət və sevgisini qazanmış şair, yazıçı publisist, "Azərbaycan Bayrağı", Vicdanlı Qələm" və "Heydər Əliyev" mükafatlarının laureatçısı, Faiq Əhmədov da olmuşdur.

Öz həmkarını yubileyi münasibətilə təbrik edən Faiq Əhmədov, Eldar İsmayılın yaradıcı fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişdir ki, bu gün 75 illik yubileyini qeyd etdiyimiz tanınmış yazıçı-publisist, sevilən şair, nüfuzlu jurnalist Eldar İsmayılın yaradıcılığı Azərbaycan ictimaiyyəti tərəfindən hər zaman xüsusi diqqət və maraqla izlənilir.

Səbəb də budur ki, onun bütün əsərlərində ilk növbədə tarixi həqiqətlərin qorunub saxlanmasına, dürüstlüyün və realizmin gözlənilməsinə hər zaman xüsusi önəm verilir. Eldar müəllimin şeir və poemalarında, eləcə də tarixi romanlarında və publisistik əsərlərində erməni qəsbkarlarına qarşı amansız mübarizlik ruhu daima oxuculara təlqin olunur. Məhz buna görə də, hörmətli həmkarımızın əsərləri hər zaman aktuallığı və əhəmiyyəti ilə seçilir.

Yubiley gecəsində iştirak edən Emtv.az saytının və “Esmamedia TV” internet kanalının əməkdaşları tədbirdən sonra həm Eldar İsmayıldan, həm də Faiq Əhmədovdan eksklüziv müsahibə almışdılar.

Əməkdaşlarımızın Faiq müəllimlə olan müsahibəsinin yazılı variantını izləyicilərimizə olduğu kimi təqdim edirik.

Faiq müəllim, sizi müxtəlif tədbirlərdə, yubileylərdə tez-tez görməyə heç də adət etməmişik. Amma, görünür bu tədbirin sizin üçün xüsusi bir özəlliyi var...

- Tamamilə doğru qeyd etdiniz ki, mən xüsusilə son vaxtlar dəvət aldığım bir çox tədbirlərə qatılmaqdan imtina etməli oluram. Səbəb də budur ki, işlərimiz çoxdur. İnanın ki, həm özüm, həm də kollektivim bəzən gecəni də studiyada qalıb işləməli oluruq. Demək olar ki, şəxsi həyata qətiyyən vaxt ayırmaq olmur. Bununla belə, mən Eldar müəllimin bu yubiley gecəsinə dəvəti dərhal və sevə -sevə qəbul etdim. Çünki Azərbaycan jurnalistikasının, Azərbaycan publisistikasının ağsaqqallarından biri olan Eldar İsmayıl öz sənətilə, öz yaradıcılığı ilə bu gün sahib olduğu hörmət və nüfuzu qazanmışdır. Onun müəllifi olduğu 40-dan artıq kitabın hər biri bir həyat dərsliyidir, bir tarixi araşdırmadır. Buna görə də mən bu gün Eldar müəllimin yanında olmaqla, bir daha ona öz dərin hörmətimi və rəğbətimi vurğulamaq istədim.

Faiq müəllim, bu gün artıq siz özünüz də Azərbaycan jurnalistikasının sayılıb-seçilən simalarından biri kimi kifayət qədər tanınırsınız. Öz yaradıcılıq işləriniz barədə nə deyə bilərsiniz?

- Az öncə də qeyd etdiyim kimi, işlərimiz çoxdur. Artıq bir neçə müddətdir ki, yeni layihəmiz olan “Esmamedia TV” internet kanalımız da fəaliyyətə başlayıb və düşünürəm ki, biz artıq kifayət qədər geniş izləyici auditoriyasının diqqətini də özümüzə cəlb edə bilmişik. Təbii ki, bu gün Azərbaycan həqiqətlərini olduğu kimi, dürüst və obyektiv şəkildə həm ölkə ictimaiyyətinə, həm də xaricdə yaşayan həmvətənlərimizə çatdırmaq biz jurnalistlərin əsas vəzifə borclarından biridir. Biz də öz işimizi məhz bu istiqamətdə qurmağa çalışırıq. Bundan başqa da mən hal-hazırda növbəti, ikinci kitabımın üzərində işləyirəm. Bu kitabda dəyərli oxucularıma həm son illər yazdığım qəzəl və şeirlərimi, həmdə erməni təcavüzü mövzusunu əhatə edən publisistik məqalələrimi təqdim edəcəyəm. Düşünürəm ki, bu ilin payıza qədər kitab çapa verilmək üçün tam hazır olacaq.
Hazırladı: Türkan Xubayarova; Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR