SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Oliqarxlar pullarını Azərbaycandan çıxarır - Kim hara gedir?

3-04-2017, 12:47 | Oxunub: 6 726 |

Oliqarxlar pullarını Azərbaycandan çıxarır - Kim hara gedir?
Azərbaycanlı sahibkarlar Türkiyədə 507 yeni şirkət qurub

2016-ci ildə xarici investorun İstanbuldan sonra ən çox şirkət qurduğu şəhər olan Antaliyada 3 min 201 xarici ortaqlı müəssisə fəaliyyətini davam etdirir. Antalya Ticarət və Sənaye Palatasının məlumatına görə xarici ortaqlı şirkətlərin ölkə üzrə bölgüsünə baxanda ilk sıranı 493 şirkətlə Rusiya Federasiyası tutur. Antalyada xarici ortaqlı şirkətlərin sırasını 438 şirkətlə Almaniya, 185 şirkətlə Hollandiya, 164 şirkətlə Səudiyyə Ərəbistanı, 142 şirkətlə Azərbaycan, 137 şirkətlə İngiltərə, 135 şirkətlə Fransa, 120 şirkətlə İran və 113 şirkətlə Qazaxıstan davam etdirir.

Bundan başqa, 98 Ukrayna, 93 ABŞ, 62 İspaniya, 52 İtaliya, 46 Avstriya, 45 Suriya, 34 Çin, 33 İsveçrə, 32 Danimarka, 31 Britaniya və 29 Belçika əsilli firma fəaliyyət göstərir. Antalyada son 1 ildə 316 xarici ortaqlı şirkət açılıb, 202 şirkət də bağlanıb. Məlumata görə, son bir il içərisində 316 xarici ortaqlı şirkət açılıb. Bunların da 32-si Almaniya, 23-ü Səudiyyə Ərəbistanı, 22-si Fransa, 20-i Rusiya Federasiyası, 20-si İngiltərə, 20-si isə İrandan gələn sərmayəçilərdir.

Türkiyənin İqtisadiyyat Nazirliyinin məlumatına görə isə, son 3 il ərzində Azərbaycan şirkətlərinin Türkiyədə fəallığı təxminən 40 faiz artıb. Göründüyü kimi, Azərbaycanın iş adamları sürətlə ölkədən çıxır və son olaraq Türkiyədə 507 yeni şirkət qurulub. Bu olduqca böyük rəqəmdir. Həmin iş adamları Azərbaycanda investisiya qoyub bir çox zavod və fabriklər açsaydılar, sözsüz ki, yüzlərlə iş yerləri açmaqla bir çox ərzaq və qeyri ərzaq məhsullarının qiymətinin aşağı salınmasına xidmət etməklə, ixrac yönümlü mal və məhsullar istehsal etməklə ölkəmizə xarici valyutada külli miqdarda gəlir gətirilməsinə nail olmaq olardı. Həmçinin, daxili istehsalın inkişaf etdirilməsi ilə rəqabətli biznes mühitinin yaranmasına nail olmaq olardı. Təəssüflər olsun ki, ölkəmizdə xarici və yerli investorlardan ibarət olan orta və kiçik sahibkarlardan qanunsuz və əsassız tələblər və müdaxilələr nəticəsində investorlar Azərbaycanda yatırdıqları investisiyalarını burdan çəkərək başqa ölkələrdə investisiya qoyulmasına məcbur olurlar. Ölkədə ciddi maliyyə çatışmazlığı olduğu, hökumətin xarici investorları ölkəyə cəlb etməyə çalışdığı bir vaxtda oliqarxlar vəsaitlərini xaricə çıxarmağa çalışır. Hökumət ya bunun qarşısını ala bilmir, ya da prosesə göz yumur. Tək Türkiyə yox, o cümlədən digər ölkələrin də statistik məlumatlarında Azərbaycan şirkətlərinin ölkə iqtisadiyyatına milyonlarla dollar investisiya yatırması haqda məlumatlar da var. Həmin oliqarxların ölkədən pul çıxarmasının qarşısını necə almaq olar?

“İqtisadiyyatda inzibatçılıqdan əl çəkməliyik”

İqtisadçı-ekspert Akif Nəsirli mətbuata açıqlamasında, məsələnin mürəkkəb olduğunu deyib: “Əgər ölkədə bazar iqtisadiyyatı modelinin fəaliyyət göstərdiyinin artıq oturuşduğunu elan etmişiksə, iqtisadi sahədə inzibatçılıqdan əl çəkməliyik. Zənnimcə, bu gün Azərbaycan şirkətlərinin xarici ölkələrdə fəaliyyət göstərməsinin qarşısını almaq üçün inzibati üsullardan istifadə etmək o qədər də səmərə verə bilməz. Əsas səbəb ondan ibarətdir ki, Azərbaycan adlı məmləkətdə iqtisadi fəaliyyət üçün münbit şərait mövcud deyil. Bu gün xarici şirkətləri Azərbaycana cəlb etmək istəyi elan edilir. Amma bu istəyin arxasında fəaliyyət olmalıdır. Azərbaycanda sahibkarlıq və iqtisadi fəaliyyət üçün münbit şərait yaradılmalıdır. Dünyanın müxtəlif ölkələrində sahibkarlar hər hansı bir işə investisiya yatırmaq istəyəndə hökumətə müraciət edir. Hökumət investora belə bir sual verir - “Bizim sizə köməyimiz nədən ibarət olmalıdır?” Təbii ki, investor hansısa sahəyə pul yatırır, digər köməklikləri də dövlət edir. Bəs Azərbaycanda necədir? Açıq danışaq, Azərbaycanda işə başlayan investora icra başçısının, Vergilər Nazirliyinin və Maliyyə Nazirliyinin bir sualı olur - “Bizə nə verəcəksən?”. Bu, düzgün yanaşma deyil, mühit dəyişməlidir. Bu gün invvestora verilən o sual dəyişməlidir”.

İqtisadçının sözlərinə görə, heç bir inzibati qüvvə Azərbaycandan vəsait çıxarılmasının və yerli investorların xaricə investisiya yatırmasının qarşısını ala bilməz: “Ümumi ideya ondan ibarətdir ki, ölkədə sahibkarlıq üçün münbit şərait yaradılmalıdır, monopoliya, rüşvətxorluq, korrupsiya aradan qaldırılmalıdır, ədalətli məhkəmə sistemi olmalıdır və.s. Bu məsələlər həll olunsa, heç bir azərbaycanlı iş adamı istəməz ki, xarici ölkədə fəaliyyət göstərib o ölkəyə vergi ödəsin. Sahibkar heç kimə xidmət etmir, onun məqsədi pul qazanmaq və özünə xidmət etməkdir. Elə mühit yaratmaq lazımdır ki, sahibkar gəlib Azərbaycanda fəaliyyət göstərsin və o, əldə etdiyi qazancından istər-istəməz vətəninə öz töhfəsini verəcək. Azərbaycan hökumətinin tərkibində çox ağıllı, savadlı mütəxəssislər var. Bizim onlara məsləhət verməyə ehtiyacımız yoxdur. Onlar nə etdiklərin gözəl bilir. Amma niyə etmirlər, bunu bilmirəm?!”

Ölkədən pulların çıxarılmasına nəzarət necədir?

Akif Nəsirli qeyd edib ki, rəsmi və qanun şəkilində ölkədən çıxan pullara nəzarət var: “Azərbaycanda pulu olan oliqarxlardır. O oliqarxların qarşısında da nə gömrük, nə də başqa bir qurum dayana bilir. Onlar istədiyi vaxt istədikləri qədər vəsaiti ölkədən çıxarda bilirlər. Bunu təcrübə göstərir. Beynəlxalq Bankın məhkəmə materialları ilə tanış olmaq bəs edir ki, bu barədə fikir sahibi olasan. Kifayət qədər vəsait çıxarılıb, amma dövlət sərhədindən buraxılış məntəqələrində qeydiyyatı yoxdur. Yəni, bu gün Azərbaycandan xaricə pul çıxarmaq problem deyil. Azərbaycanda pulu olan adamların qarşısında hökumətin heç bir qadağası tab gətirə bilmir. Rüşvət, korrupsiya halları olan ölkədə qayda-qanunları səmərəli şəkildə tətbiq etmək mümkün deyil. Qanunları icra edən məmurlar üçün pul hər şeyi həll edir”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR