17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Qriqorçuk Cavidin azadlığa buraxılmasından danışdı
"Mən çox şadam ki, Cavid Hüseynov azadlığa buraxıldı və yenidən bizimlədir. O, yaxın vaxtda komandamızda olacaq".
Emtv.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandanın kapitanı Cavid Hüseynovun həbsdən azad olunmasına münasibət bildirərkən deyib.
Ukraynalı mütəxəssis bu xəbəri böyük sevinclə qarşıladığını söyləyib:
"Mən əminəm ki, Cavid böyük futbola qayıdacaq və o, həm kluba, həm də milliyə hələ uzun müddət kömək edəcək. Bu planda hamımız ona bacardığımız qədər kömək edəcəyik. Hüseynov elə bir emosional vəziyyətdə olacaq ki, bu, ona maksimal cəhətdən tezliklə sıraya dönməyə yardımçı olacaq. Mən nədənsə, belə fikirləşirəm".
Qriqorçukun sözlərinə görə, 28 yaşlı futbolçunun böyük fasilədən sonra əvvəlki formasını bərpa etməsi üçün nəyə diqqət yetirməli olduğunu deməkdən ötrü bir müddət gözləmək lazımdır:
"Mən bunu indi yox, biz Cavidinin vəziyyətini görəndən sonra deyə bilərəm. Biz hər şeyi nəzərdən keçirəcəyik və başa düşməliyik ki, Hüseynov indi hansı vəziyyətdədir. Onun hazırkı vəziyyətini təsəvvür etmək mənə çətindir. Sadəcə, onu bilirəm ki, Cavid güclü insan, güclü idmançıdır. Düşünürəm ki, o, yaşıl meydanlara tezliklə dönə bilər".
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən Cavid Hüseynov barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi bu gün davam etdirilib. Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunub və futbolçunun cəzası 1 il 2 aya endirilib. Həmin müddət bitdiyindən, "Qəbələ"nin sabiq kapitanı məhkəmə zalından azadlığa buraxılıb.