17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Binaların istismara qəbul edilməsinin yeganə şərti – Komitə sədrindən açıqlama
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev çoxmənzilli binaların uzun müddət ərzində istismara qəbul edilməməsinin əsas səbəblərini açıqlayıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə o, “Caspian European Club” çərçivəsində keçirilən biznes-forumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Bakıda bəzi çoxmənzilli binalar uzun müddət ərzində istismara qəbul edilmirdi: “Binaların istismara qəbul edilməməsinin obyektiv və subyektiv səbəbləri var idi. Bir sıra hallarda tikinti ilə məşğul olan şirkətlər sənədlərin hazırlanması prosesində tam yaxından iştirak etmirdilər. Sənədlər tam düzgün olmadığından binaların istismara qəbul edilməsində problemlər yaranırdı”.
S.Nuriyev tikilmiş binaların torpaq kateqoriyalarında da problemlərin olduğunu diqqətə çatdırıb: “Azərbaycan qanunvericiliyə uyğun olaraq torpaqlar kateqoriyalara bölünür. Kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış binaların tikintisi qanunla ziddir. Lakin buna baxmayaraq tikinti şirkətləri bu torpaqlarda binalar tikiblər”.
Komitə sədri əlavə edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən fevralın 19-da imzalanmış “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman çox humanist bir addım idi: “Həmin fərmana uyğun olaraq yeganə şərt ondan ibarətdir ki, bina dayanıqlılıq və orda yaşayan insanların təhlükəsizliyi, həmçinin yanğın mühafizəsi baxımından sağlamsa istismarına icazə verilir”.
Aynurə Kərimova,
Emtv.az