SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Bakıdakı "Kral" şadlıq evi bədlik gətirir... - VİDEO

12-06-2019, 16:36 | Oxunub: 9 956 |

Bakıdakı "Kral" şadlıq evi bədlik gətirir... - VİDEO

Ölkəmizdəki bir sıra şadlıq evlərində zaman-zaman ciddi qanun pozuntularının aşkarlandığı, əlaqədar qurumların bu qəbildən olan şadlıq evlərinə qarşı tez-tez müxtəlif cərimələr tətbiq etdiyi məlumdur.

Lakin şadlıq evləri ilə bağlı şikayətlərin hələ də davam etdiyi təəssüf doğuran reallıqlardan biridir.

Emtv.az xəbər verir ki,bu günlərdə yerli KİV-lərə paytaxtdakı Həsən Əliyev küçəsində yerləşən “Kral” şadlıq evinin qanunazidd fəaliyyəti ilə bağlı ilginc videomaterial fakt daxil olub.

Videodan da göründüyü kimi, şadlıq evinin kababxanasından qalxan tüstü bütün ətraf əraziləri hisə qərq etməkdə, əsl “müharibə şəhəri” effekti yaratmaqdadır. “Kral”dan yüksələn tüstü o qədər qatıdır ki, bu mənzərəni ilk dəfə görən şəxsə elə gəlir ki, yanan manqallardakı kababların yağı deyil, şadlıq sarayının özüdür.

“Kral” şadlıq sarayının bu şəkildəki fəaliyyətindən ən çox narazı olan isə heç şübhəsiz həmin əraziyə yaxın yerlədə yaşayan vətəndaşlardır. Belə gedərsə, isti yay günlərində təmiz havanın həsrəti ilə yaşayan sakinlərin günün-günorta vaxtı öz mənzillərində əleyhqazla dolaşacağı gün uzaqda deyil.


Hətta moderator.az-a daxil olan məlumata görə, ötən həftənin bazar günü ərazidə yaşayan sakinlər şadlıq sarayının yaratdığı ekoloji narahatçılığa görə etiraz aksiyası keçiriblər. Bu səbəbdən də ümid edirik ki, əlaqədar dövlət qurumları, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Kral”ın "rəiyyət" və qanunlara etdiyi bu hörmətsizliyin qarşısını alacaq, ən azından şadlıq sarayının baca sisteminin müvafiq tələblərə uyğun şəkildə yenidən təşkilinə nail olmaqla paytaxt sakinlərini özgə mədəsinə gedən kababların acı tüstüsünü ciyərlərinə çəkmək əzabından xilas edəcək...


Seymur Rəhimov
Emtv.az



OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR