18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Əmrəni təhqir edən şəxs danışdı - "Mənə nifrət dolu mesajlar göndərdilər"
İslandiyada hava limanında Türkiyə millisinin futbolçusu Əmrə Bəlözoğluna tualet fırçası uzadaraq sual verməyə cəhd edən şəxs açıqlama verib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı Korentin Siamanq özünün "Feysbuk" səhifəsində bu addımı təhqir etmək məqsədi ilə atmadığını vurğulayıb:
"Dostlar, İslandiyada başıma çılğın hadisə gəldi. Belçikaya uçacaq təyyarəni gözləyən zaman Türkiyə millisininin hava limanına gələcəyini eşitdim. Anidən çantamdakı qabyuyan fırça ilə özümü jurnalist kimi göstərmək ağlıma gəldi. Mill komandanın kapitanı ilə görüşmək üçün təhlükəsiz işçilərinin gözündən yayınmağı bacardım. Jurnalistlər, təəssüf ki, məni kapitanlarına tualet fırçası ilə sual verdiyimi düşündü. Qalmaqal bir anda bütün türk kanallarında və türk mediasında idi. Hətta hadisə ilə bağlı xarici işlər naziri belə fikir bildirdi.
Bu çılğınlıq bitmədi və azarkeşlər kapitanlarına tualet fırçası uzatmağımı qəbuledilməz və utancverici hesab edərək məni sosial mediada axtarmağa başladılar. Mənə nifrət dolu mesajlar göndərdilər.
Onların üç saat hava limanında qalmalarının mənimlə əlaqəsi yoxdur. Gənclər, sakit olaq, tutduğum tualet fırçası deyil, təmiz bir qabyuyan fırçadır. Bu yumordur, onu təhqir etmədim. Bir insana qabyuyan fırça ilə yaxınlaşmağa qadağa qoyan bir qanun da yoxdur. Ondan sakitcə "Fransa qarşısındakı böyük matçdan sonra özünüzü necə hiss edirsiniz? deyə soruşdum. Son olaraq, qabyuyan fırça, mikrofon olaraq istifadə etmək üçün tualet fırçasından daha uyğundur!"
Mərhəmət Lələyev
Emtv.az