18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ağsu rayon icra başçısının tender biznesi - FOTO

Ağsu rayonu İcra Hakimiyyətinin (RİH) yarım milyonluq “tenderi”nin gizli məqamları üzə çıxıb.
Emtv.az xəbər verir ki, Ağsu RİH Ağsu şəhərində Asfalt-beton işlərinin görülməsi üçün tender elan edib. Tenderin “qalib”i “ATF” MMC-yə isə 492 min 822 min manat pul ayrılıb.
ATF MMC-nin TİKİNTİ CİNAYƏTİ
Ötən ilin iyun ayında Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə "ATF" MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olunub.
ŞİRKƏTİN DÖVLƏTƏ ZƏRƏRİ
Ötən il Göyçay çayı üzərində körpünün uçmasına görə dövlətə 3 milyon manat zərər dəyib. Nəticədə isə “ATF” MMC 316 min 800 manatlıq cərimə olunub.
1İL SONRA YARIM MİLYON
Sözügedən şirkət dövlətə 3 milyon zərəri qarşılığında 317 min manat cərimələnir və 1 il sonra Ağsu rayon icra başçısı Ənvər Seyidəliyev tərəfindən yarım milyonluq tenderin qalibi olaraq mənfəətə keçir. Şirkətin təsisçisi F.Muradovun həbsindən sonra ailə üzvü Azad Muradov şirkətə rəhbərlik edir.
Daha sonra kommersant.az onu da qeyd edib ki, "ATF" MMC -nin direktoru və Ağsu rayon icra başçısı sıx əlaqədədirlər və elan olunan tenderlərin bir çoxunda asfalt beton işlərinin müəyyən pul müqabilində həmin şirkətə həvalə olunduğu bildirilir.
Qarşı tərəfin fikrini dərc etməyə hazırıq.
Seymur Rəhimov
Emtv.az
