17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Bakı metrosunda fərqli ab-hava - Retro vaqonlar, kosa, keçəl, hədiyyələr olacaq
Novruz bayramı "Bakı Metropoliteni" QSC-nin artıq ənənə halını almış sosial layihələri sırasına daha iki mühüm yenilik gətirəcək.
Emtv.az xəbər verir ki, Qurumdan verilən məlumata görə, dörd stansiyada təşkil ediləcək simli kvartetin və milli muğam üçlüyünün ifasında səsləndiriləcək ənənəvi proqramdan savayı, sərnişinlər elektron musiqinin sədalarını da eşidə biləcəklər. "İçərişəhər" stansiyasında Bakı Musiqi Akademiyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı pianoçu Fuad Əlizadə iki saat ərzində sərnişinlərə ürəkaçan musiqi parçaları təqdim edəcək.
Bayram günlərinin ən əsas yeniliyi mart ayının 19-20-də "İçərişəhər" stansiyasında təşkil ediləcək ikigünlük Novruz şənliyi olacaq.
Qədim milli xalq tamaşasının personajları olan Bahar qız, eləcə də qışla yazın mübarizəsini canlandıran Keçəl və Kosa şən səhnəcikləri, zarafatları ilə, dadlı-duzlu söhbətləri ilə sərnişinlərə xoş anlar bəxş edəcəklər.
Azərbaycan teatr səhnəsinin peşəkar aktyorlarının ifasında sərnişinlərə təqdim ediləcək Novruz şənliyində həm də illüziya proqramı da təqdim olunacaq. Müsabiqələr laureatı, tanınmış gənc istedad Anar Əliyev sərnişinlərə ən orijinal proqram nömrələrini nümayiş etdirəcək.
"Bakı Metropoliteni" QSC-nin daha bir sürprizi bayram günlərində artıq sərnişinlərin sevimli muzey eksponatına çevrilmiş retro vaqonlardan təşkil edilmiş qatarın "İçərişəhər" stansiyasının birinci yolunda nümayişi olacaq. Sərnişinlər SSRİ metro tarixinin ilk vaqonlarından olan 1934-cü ildə istifadəyə verilmiş "A", həmçinin 1953-56-cı illərin istehalı olan "Г" və 2009-cu ilə qədər Bakı metropoliteninin xətlərində fəaliyyət göstərmiş "ЕЖ-3" tipli vaqonların qoşulduğu qatar tərkibinə tamaşa etməklə, salonlarda xatirə şəkilləri çəkdirmək fürsəti əldə edəcəklər.
Bahar şənliyi personajlarının, eləcə də illüziyaçının bayram tamaşası "İçərişəhər" stansiyasının vestibülündən başlayaraq, daha sonra retro qatarda sərnişinlərin əhatəsində davam edəcək.
"Bakı Metropoliteni" QSC Novruz şənliyinin keçirildiyi 19-20 mart tarixlərində bayram sovqatı da hazırlayıb. Şənliyin gedişi zamanı, daha sonra vaqonlarda oyuncaqlardan ibarət hədiyyələr kiçik sərnişinlərə təqdim olunacaq.
Onu da əlavə edək ki, bayram günlərində "Bakı Metropoliteni" QSC bir neçə stansiyada artıq ənənə halını almış milli muğam üçlüyü və simli kvartetin ifasında konsert proqramlarını da təqdim edəcək.
Elnur Abbasov
Emtv.az