18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda istixana bananları yetişdiriləcək
![]()
Azərbaycanda bananlara böyük tələbatı nəzərə alsaq, istixana bananlarının yetişdirilməsi kifayət qədər rentabelli ola bilər.
Emtv.az xəbər verir ki, bunu yerli mətbuata Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.
O bildirib ki, ortamüddətli biznes planına əsasən ölkədə istixana bananlarının yetişdirilməsi planlaşdırılır:
"Azərbaycanda bu məhsula bütün mövsümlərdə böyük tələbat olur, ona görə də istehlakçıların marağı ilboyu təmin olunur. Digər tərəfdən, bu ekzotik meyvə növünün Azərbaycanda yetişdirilməsi nəqliyyat və logistika baxımından sərfəli olacaq".
B.Quliyev əlavə edib ki, ölkənin cənub regionlarında banan yetişdirilməsi üçün müasir texnologiyalar mövcuddur:
"Bir neçə il azərbaycanlı mütəxəssislər ölkədə banan yetişdirməyi təşkil etməyə çalışdılar, amma təşəbbüs uğurlu olmadı. Hesab edirəm ki, indi müasir texnologiyaların istifadəsi və istixana təsərrüfatlarında texnoloji proseslərin düzgün qurulması səmərəli istehsalı və məhsuldarlığı təmin edəcək".
Nəzrin Abbaszadə
Emtv.az