18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Martın 16-dan avtobuslarda gediş haqqı artır
![]()
İranda martın 16-dan avtobusun gediş haqqı 20% artacaq.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Əbdülhaşim Həsənniya jurnalistlərə açıqlamasında deyib.
Ə.Həsənniyanın sözlərinə görə, hər il olduğu kimi Novruz bayramı istirahət günləri ərəfəsində avtobusda gediş haqqı bahalaşacaq.
O əlavə edib ki, avtobusların xərclərini çıxarmaq üçün bu zəruridir.
Ötən illər ərzində Novruz bayramı günləri ərəfəsində gediş haqqı 20% artırılır və istirahət günlərindən sonra normal vəziyyətə qayıdırdı. Lakin bu il 20%-lik artımın istirahət günlərindən sonra öncəki qiymətə qaytarılmayacağı bildirilir.
Xatırladaq ki, ötən il İranda nəqliyyat vasitələrinin şinlərinin çatışmazlığı nəticəsində qiymətlər artmış və bir sıra sürücülər buna etiraz olaraq işə çıxmaqdan imtina etmişdi.
Nəzrin Abbaszadə
Emtv.az