20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
"Onu futbolda görmək istəmirəm" - Şmeyxel Neymarı kəskin tənqid etdi
Danimarkanın canlı əfsanəsi Peter Şmeyxel növbəti dəfə Braziliya millisinin üzvü Neymarı tənqid edib.
Emtv.az qol.az-a istinadən xəbər verir ki, veteran qapıçı Neymarın həddindən artıq simulyasıya etməsini biabırçılıq adlanıdırb:
"İlahi, Neymar Meksika ilə oyunun ən yaxşısı seçildi. FİFA buna bir əncam çəkməlidir. Mən Tvitterdə azarkeşlərin fikirlərini oxuyuram. Neymarın bu cür davranışı onların hamısını qıcıqlandırır. Son oyunda özünü elə aparırdı ki, sanki ölür. Baxanlara elə gəlirdi ki, tezliklə Neymarı dəfn edəcəklər və biz bir daha onu görməyəcəyik. Mən bunu ancaq biabırçılıq adlandırardım".
Şmeyxel Neymarın bu cür davranışının gənc futbolçulara pis nümunə olduğunu qeyd edib: "FİFA-nın diqqətinə çatdırmaq istəyirəm ki, biz futbolda belə şeylər görmək istəmirik. Videotəkrar sistemi bu məsələdə kömək edə bilər. FİFA prezidenti Canni İnfantino da Braziliya - Meksika oyununa stadiondan baxırdı. Ümid edirəm ki, Neymarın hərəkətlərinə fikir verdi.
Uşaqlar da futbola baxırlar. Onlar Neymardan pis nümunə götürəcəklər. Birinci dəfə xəbərdarlıq, sonra isə qırmızı vərəq verilməlidir. Onu yalnız bu şəkildə başa salmaq olar. Nə vaxt kameralar Neymara tuşlanırsa, diqqət çəkmək üçün hər şey edir. Mən bu oyunçunu futbolda görmək istəmirəm. Neymarın oyununa baxmaq mümkün deyil. Ancaq rəqiblərinin vərəqə alması üçün çalışır. Kriştiano Ronaldo da "Mançester Yunayted"də bu cür hərəkətlər edirdi. Lakin vaxtında başa düşdü ki, düzgün yolda deyil. Çünki onun Aleks Fergüsson kimi yaxşı baş məşqçisi var idi. Siz Harri Keyn və yaxud Lionel Messinin simuliyasiya etdiyini görmüsünüz? Mən görməmişəm".
Emtv.az