SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bəxtiyar Əsgərov: Naxçıvanda həyatın bütün sahələrində inkişaf mövcuddur

17-04-2018, 11:25 | Oxunub: 9 238 |

Bəxtiyar Əsgərov: Naxçıvanda həyatın bütün sahələrində inkişaf mövcuddur
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tədbirlər, proqramlar Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir.

Emtv.az naxcivantv.az-a istinadən xəbər verir ki, bu barədə “Caspian Energy” jurnalının Naxçıvan Muxtar Respublikasının lider olduğu Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı zamanı Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə görə Naxçıvan MR lider seçilməsi münasibətilə “Caspian Energy” jurnalının təqdimatının keçirilməsi böyük əhəmiyyət daşıyır. Bu onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi tədbirlər, proqramlar Naxçıvan MR-də də uğurla həyata keçirilir.

B.Əsgərov qeyd edib ki, bütün iqtisadi göstəricilər bu jurnalda öz əksini tapıb. “Caspian Energy” jurnalında iqtisadi göstəricilər sxemlərlə, diaqram göstəriciləri ilə ardıcıl şəkildə verilib. Naxçıvan MR-in 2017-ci ildə iqtisadi reytinq göstəricilərinə görə birinci yerə çıxması təbii haldır. Naxçıvanda həyatın bütün sahələrində inkişaf mövcuddur. İstər özünün enerji təhlükəsizliyini, istərsə də ərzaq təhlükəsizliyini təmin etməsi onu göstərir ki, son illər ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət Naxçıvanda uğurla həyata keçirilir. Bu jurnal dünyanın 70 ölkəsində paylanılır və diqqət mərkəzindədir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR