SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Yaşar Nuri bir yerdə olmağımızı istəyirdi - Xalq artisti Firəngiz Mütəllibova

24-11-2017, 16:24 | Oxunub: 16 682 |

 Yaşar Nuri bir yerdə olmağımızı istəyirdi - Xalq artisti Firəngiz Mütəllibova

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllibova mətbuata acıqlaması zamanı bir daha mərhum həmkarını anıb. Yaşar Nurinin ölümünə inanmayan aktrisa onun telefon nömrəsini hələ də telefonundan silmədiyini deyib:

“Bu gün hansı kanalı açsan Yaşar Nuri və onun yaradıcılığıdır. Bu saata kimi Yaşarın yoxluğuna inanmıram. Onun adını telefonumdan silməmişəm. Elə bilirəm zəng etsəm, onun səsini eşidəcəm. Evimdə Yaşar Nuri güşəsi var, orada ona aid olan kitablar, şəkillər qoyulub. Sənət dostu başqa şeydir. Biz Yaşarla uzun illər tərəf müqabili olmuşuq. Bütün çıxışlarımız yan-yana olub. Səhhətim ağır olsa da onun ziyarətinə tez-tez gedirdim. Ən əsası odur ki, mən bunu ürəkdə hiss edirəm. Niyə Yaşar Nuru həyatda yoxdur? Yaşar mənim üçün həmişəyaşardır. Sağlığında bir sözü vardı, deyirdi ki, “həyat kino kimidir, ən maraqlı yerində bitir”. Doğrudan da bizim onunla yaradıcılığımız ən maraqlı yerdə bitdi. Hərənin bir alın yazısı var. Əsas odur ki, insan, sənətkar olasan, yaddaşlara həkk olunasan. Yaşar buna layiq idi”.

Firəngiz Mütəllimova Yaşar Nuri ilə bağlı xalq arasında yayılan şayiələrə də aydınlıq gətirdi:

“Nələr demədilər? Dedilər ki, guya biz bir-birimizi sevirik. Bunu deyənləri qınamıram. İnsanın bir vicdanı var, o rahat oldusa, nə istəyirlər danışsınlar. Biz də rahat idik. Dəfələrlə o şayiələri üzümüzə deyirdilər. Bir dəfə tədbirə gedirdik. Təyyarədə bir qadın əlini göyə qaldırdı “şükür Allaha, bunlar evləndi, bir yerdədilər” - deyə qışqırdı. Susduq. Bir-birimizə baxdıq. Nə deyək? Xalq bizim bir yerdə olmağımızı istəyirdi. Yaşarın ən böyük arzusu yenidən səhnəyə qayıtmaqdır. Amma səhhəti buna yol vermədi. Aslan Qəhrəmanovun “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” televiziya tamaşasının 4-cü seriyası çəkilməli idi. Orda gözəl kadrlar yer alacaqdı. Amma həmin vaxt Aslan Qəhrəmanov, Tariyel Vəliyev və Yaşar da rəhmətə getdi”.

Bahar RÜSTƏMLİ

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR