06 apr 11:12Oxunub: 209 |
Dollar "qara bazar"da 1,64 manata düşdü

Bu gün keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsinin 1,7031 səviyyəsində formalaşmasının ardınca kommersiya banklarında və "qara bazar”da Amerika valyutasının məzənnəsi sürətlə düşür.
Emtv.az-ın məlumatına görə, artıq “qara bazar”da dolları 1,64 manata alırlar. Bu son bir neçə ay ərzində dollar alınmasında ən aşağı məzənnədir.
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.
AMB-dən virtualaz.org-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7031 səviyyəsində formalaşıb.
Xatırladaq ki, bu günə dolların rəsmi məzənnəsi 1,7140 manatdır. Başqa sözlə, hərracda manat dollara nisbətən 0,6% möhkəmlənib.
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

XƏBƏR LENTİ
Reklam

Məzənnə