SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İcra başçısıyla tanınmış müğənni arasında torpaq davası: - “Yerimdə soğan əkib”

5-04-2017, 13:25 | Oxunub: 8 616 |

İcra başçısıyla tanınmış müğənni arasında torpaq davası: -  “Yerimdə soğan əkib”
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki , icra başçısı Mahir Quliyev bir müddət əvvəl prezident İlham Əliyevin istifadəsiz qalan torpaqların sahiblərindən geri alınması, yararlı sahələrə çevirilməsi ilə bağlı sərəncamından sui-istifadə edərək, istifadədə olan torpaqları da vətəndaşlardan zorla alaraq satmağa başlayıb.
Babaş qışlağı deyilən örüş sahəsini fermerlərinin saytımıza verdiyi məlumatda bildirilir ki, torpaqlar onların əlindən heç bir məhkəmə qərarı olmadan, qanunsuz şəkildə alınır.

İş adamları, təsərrüfat sahibləri başçının bu əməllərindən etiraza qalxıblar. 58 nəfər fermer məsələ ilə əlaqədar Prezident İlham Əliyevə müraciət edib. 6 nəfər isə icra hakimiyyətini məhkəməyə verib və məhkəmə onların xeyrinə qərar çıxarıb.

Sözügedən ərazidə təsərrüfat sahəsi olan fermerlərdən biri – vaxtilə Azərbaycanın məşhur müğənnilərindən olan Xanhüseyn Hüseynovdur.
X. Hüseynov mətbuata açıqlamasında deyib ki, o, 2010-cu ildə Babaş qışlağından 50 hektar ərazini 15 illik icarəyə götürüb. İcarə müddətinin bitməsinə hələ 8 il qalsa da, icra hakimiyyəti onun torpaqlarını ələ keçirir: “Mənim 50 hektar torpağım var. Sənədlə-sübutla icarəyə götürmüşəm. Mal-heyvan saxlayıram. Ərazidə evim var, tövlə var, nə qədər mal-qara var. Bir müddət əvvəl prezident sərəncam verəndən sonra icra hakimiyyətindən bizə məktub gəldi ki, həmin sahələri təhvil verməliyik. Getdim qəbula. Dedilər ki, prezident sərəncam verib. Orada nəsə şirkət tikiləcək. Amma yalan deyirlər. Prezidentin sərəncamı ilə tikiləcək şirkət üçün 15 min hektar tamamilə boş qalan ərazi var, onu İH-nin ixtiyarına veriblər. Həmin 15 min hektar da bizim ərazilərə düşmür. Bunlar pul qazanmaq üçün bizim ərazilərimizi də qatırlar onun gözünə”.

Fermerin sözlərinə görə, məhkəmə qərarı olmadan İH torpaqların 1 hektarını 100 manatdan satır: “Bizdən torpaqlarımızdan imtina ərizəsi yazmağımızı tələb etdilər, yazmadıq. Ondan sonra özbaşına şəkildə mənim ixtiyarımda olan ərazinin 9 hektarını satıb. Gedib görürəm ki, kimsə gəlib burada soğan-sarımsaq əkir. Deyirəm ki, mən bura görə vergi verirəm, mənim adımdadır bu ərazi, nə edirsiniz? Amma kimdir bizi dinləyən?! Özü də bura örüş sahəsidir. Bunlar isə torpaqları əkin sahəsi kimi satır. Halbuki torpaqlar təyinatı üzrə istifadə edilməyənlər cəzalandırılmalıdır.
İndi İH müraciət edib İqtisad məhkəməsinə. Biz də vermişik məhkəməyə. Görək nə olacaq”.


Qeyd edək ki, Xanhüseyn Hüseynov öz dövrünün məşhur müğənnilərindən olub. O, dillər əzbəri olan 50-dən artıq mahnının müəllifidir. Onun irsini indi oğlu, “Xalq ulduzu” yarışmasının qaliblərindən olan İlham Xanhüseynoğlu davam etdirir

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR