SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bu enerji içkiləri qadağan edildi - Azərbaycanda ən çox içilənlər...

4-04-2017, 12:54 | Oxunub: 8 952 |

Bu enerji içkiləri qadağan edildi - Azərbaycanda ən çox içilənlər...
Enerji içkilərinin tarixi çox da uzaq zamana gedib çıxmır. İçkilər Avropaya 1987-ci ildə, Amerikaya 1997-ci ildə daxil olub. Azərbaycanda isə 2000-ci ildən istifadə edilir. Özünü yorğun hiss edən bir çox insan çarəni enerji verən içkilərdə tapır. Ancaq çoxları onun sağlamlığa olan ziyanlarını bilmir.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, enerji içkisinin tərkibində 0,5 l su, 75 mq kofein, 500 mq taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid, və bəzi vitaminlər var. Ekspertlər hesab edirlər ki, əksər televiziyaların "qanadlandırıcı” kimi reklam etdiyi "XL”, "Pitbull”, "Rox”, "Red Bull”, "Hell”, "Jaquar”, "Blue”, "Reo Line”, "Monster” və s. kimi içkilər əslində daha çox insanı öldürür. Onların insana əlavə enerji verməsi ilə bağlı iddialar yanlışdır. Əslində bu içki insana enerji vermir, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Gec-tez biz bu enerjini yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində faizlə geri qaytarırıq. Aminturşular, karbon oksid, mineral və vitaminlərə gəlincə isə, onlar enerji sərfinin bir hissəsini ödəyir. Alkoqolsuz energetik içkilərində sintetik kofeinin miqdarı gündə istifadəyə icazə verilən 150 mq dozadan yuxarı olub, 320 mq/l-a qədər təşkil edir.

İstənilən başqa stimulyator kimi, kofein də əsəb sisteminin gərilməsinə gətirir. Onun təsiri orta hesabla 3-5 saat qalır. Bundan başqa, kofein insanda asılılıq yaradır. Mümkün dozanın aşılması halında əlavə təsirlər meydana çıxır: taxikardiya, əsəbilik psixoloji gərginlik və depressiyaya səbəb olur.

Mütəxəssislər bu cür içkilərin tərkibindəki yüksək kofein - “taurine” adlı aminoasitin enerji verməsi ilə yanaşı, qan dövranını və ürəyin funksiyalarına da təsir etdiyini bildiriblər.

Həkimlər xəbərdarlıq edir ki, içkidən içdikdən sonra döş sancısı, qarın ağrısı, ürək bulanma, yuxusuzluq və s. əks təsirlər üzə çıxır.

Araşdırmalara görə, bu içkilərdən daha çox gənclər, 17-24 yaş arası kişilər istifadə edir. Üzərində ciddi araşdırma aparılan energetik içkilər İsveçrədə heç bir restoranda təklif edilmir, Norveçdə isə yalnız apteklərdə satılır. Danimarka və Fransada isə satışı qadağan olunub. Çeçenistan lideri Ramzan Kadırov da muxtar respublikanın ərazisində energetik içkilərin satışını qadağan edən qanun layihəsini hazırlamaq sərəncamı verib. Həkimlərin iştirakı ilə keçirilən müşavirədə çıxış edən R.Kadırov energetik içkiləri “zəhər” adlandırıb. O, öz qərarını belə izah edib ki, energetik içkilərin istifadə olunması islama ziddir. R.Kadırov deyib ki, Çeçenistan gələcəkdə energetik içkilərin federal səviyyədə qadağan olunması təklifi ilə də çıxış edəcək.

Bəs, ölkəmizdə energetik içkilərə qadağa qoyula bilərmi?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata açıqlama verib: “2 il əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi uşaq müəsissələrində, məktəb xidmətlərində energetik içkilərin satışını qadağan edib. Çox təəssüflər olsun ki, bu məsələ ilə bağlı maarifçilik işləri aşağı vəziyyətdədir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, "təəssüflər olsun ki, Azərbaycanda təşkil olunan bir çox idman turlarının sponsoru enerji içkiləridir. Ümumiyyətlə, düşünürəm ki, reklam olunmamalıdır. Azad İstehlakçılar Birliyi bu içkilərin istehsalını azaltmaq üçün işlər görüb".

Mütəxəssislər deyir ki, bu içkilərin qadağan olunması heç nəyi dəyişməyəcək. Əksinə, satış şəbəkəsini azaltmaq və qiymətləri qaldırmaqla zərərli içkidən istifadə edənlərin sayını azaltmaq olar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR