SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Məhsullarımızın Rusiyada satışına qadağa qoyulur – Kənd təsərrüfatına ciddi ZƏRBƏ

4-04-2017, 12:38 | Oxunub: 7 099 |

Məhsullarımızın Rusiyada satışına qadağa qoyulur – Kənd təsərrüfatına ciddi ZƏRBƏ
Son vaxtlar Rusiya-Azərbaycan sərhədində yük maşınları uzun növbələrdə dayanırlar. Hətta Azərbaycanın kənd təssərrüfatı məhsullarının Rusiyaya ixracına ciddi maneələr yaradılır. Son gülərdə isə Rusiyanın gömrük işçiləri Azərbaycandan gətirilən tonlarla əti və pomidor məhsullarını geri qaytarıblar.


Emtv.az-ın bakıpost.az-a istinadən məlumatına görə, bu vəziyyətlə əlaqəli şərh verən politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya gömrükçüləri Azərbaycan məhsullarına qadağanı iki səbəblə izah edirlər.

Öncə deyirlər ki, guya Türkiyə Azərbaycan üzərindən Rusiya bazarına kənd təssərrüfatı məhsulları, o cümlədən pomidor daşıyır. Məlumdur ki, Rusiya Türkiyə pomidorlarının daxili bazara girişinə qadağanı ortadan qaldırmayıb.
Daha sonra isə Azərbaycanın bəzi məhsullarının sanitar normalara cavab vermədiyini bildirirlər.

E. Şahinoğlu Rusiya gömrükçülərinin bu iki izahının həqiqəti əks etdirmədiyini düşünür: “Ola bilər ki, hansısa biznesmen Türkiyədə yetişdirilən pomidor məhsullarını Azərbaycan üzərindən Rusiyaya keçirmək istəyib. Ancaq bu, geniş miqyas almayıb. Tam tərsinə, Azərbaycanda yetişdirilən kənd təssərrüfatı məhsullarının Rusiya bazarına çıxarılmasına ehtiyac var. Müstəqil mütəxəssislər Azərbaycanın kənd təssərrüfatı məhsullarının sanitar normalara uyğun olduğunu bildirirlər”.

Bəs onda Moskva niyə daxili bazarını Azərbaycanın kənd təssərrüfatı məhsullarına bağlayır?
Elxan Şahinoğlu bu suala cavab verərkən ilk növbədə Rusiya bazarına girişin qadağan edilməsinin Azərbaycanda kənd təssərrüfatı istehsalına mənfi təsir edəcəyini vurğulayıb: “Məsələ burasındadır ki, Azərbaycan postneft dövrünə keçib. Azərbaycan prezidenti İlham Əliyev ölkənin enerji satışından asılılığını azaltmağı hədəf qoyub. Bunun üçün qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasına ehtiyac var. Əsas diqqət kənd təssərrüfatı məhsullarına yönəlib. Azərbaycan kənd təssərrüfatı məhsulları üçün ən münbit yer Rusiya bazarıdır. Çünki Azərbaycan üçün başqa bazarlarda bu qədər kənd təssərrüfatı məhsulunu satmaq çətindir. SSRİ dövründə də Azərbaycanın əsas kənd təssərrüfatı məhsulları Rusiyanın şəhərlərində satılırdı. Ancaq hazırda Rusiya bazarına giriş qadağan edilirsə, bu, Azərbaycanda kənd təssərrüfatı istehsalına mənfi təsir edəcək. Rusiya hakimiyyəti bunu bilir və Azərbaycanda kənd təssərrüfatının inkişafına yardım etmək istəmir. Əksinə Moskva süni maneələrlə Azərbaycanla iqtisadi əlaqələrin artmasına imkan vermir. Halbuki, bəzi rusiyalı rəsmilər Azərbaycanın kənd təssərrüfatı məhsullarının başqa ölkələrin eyni adlı məhsullarından keyfiyyətli olduğunu bildirirlər. Bu cür qadağalar Azərbaycanla Dağıstan arasındakı əlaqələrin inkişafına da xidmət etmir. Halbuki, Dağıstan prezidenti Ramazan Abdulatipov Azərbaycanın Dağıstana investisiya qoymasını istəyir. Əgər Moskva Azərbaycanın kənd təssərrüfatı məhsullarının Rusiya bazarına girişinə qadağalar qoyursa, rəsmi Bakının Dağıstana investisiya yatırması, ortaq müəssisələr açması problematikdir”.

Politoloq Rusiyanın Türkiyə və Belarusla da eyni cür davrandığına diqqət çəkib: “Belarus Rusiyanın strateji müttəfiqidir, ancaq Rusiya gömrükçüləri uzun müddət Belarusun kənd təssərrüfatı məhsullarının Rusiyaya girişən qadağa qoydu. Yenə eyni səbəbi göstərdilər, guya Polşa Belarus üzərində Rusiyaya meyvə məhsulları daşıyır. Tutaq ki, meyvələrin Belarusa məxsus olmadığından şübhələnmək olardı. Ancaq Moskva Belarusun süd məhsullarının da Rusiya bazarına çıxışına məhdudiyyət yaradırdı. Həmin məhsullar isə sırf Belarusa aid idi”.

Elxan Şahinoğlu hesab edir ki, Moskva bu yolla Rusiyanın daxili bazarını qorumağa və yerli kənd təssərrüfatı məhsullarının istehsalının artımına çalışır: “Ancaq bu cür qadağalar Rusiyanın özünə də zərər verir. Məsələn, Rusiya Türkiyə pomidoruna qadağa tətbiq edərkən, Türkiyə Rusiyadan taxıl almaqdan imtina etdi. Bu, Rusiyada taxıl istehsalına mənfi təsir edəcək, çünki taxıl üçün Türkiyə əvəzinə yeni bazarlar tapmalıdır”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR