SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Gümanlar üzərində dövlət idarə olunmaz. Tanınmış yazar Faiq Əhmədov, müxalifət lideri İsa Qəmbərin müsahibəsinə sərt reaksiya verdi

31-03-2017, 14:33 | Oxunub: 11 702 |

Gümanlar üzərində dövlət idarə olunmaz. Tanınmış yazar Faiq Əhmədov, müxalifət lideri İsa Qəmbərin müsahibəsinə sərt reaksiya verdi
Emtv.az xəbər verir ki, bir neçə gün bundan öncə müxtəlif saytlarda müxalifət liderlərindən biri olan İsa Qəmbərin azadlıq radiosuna verdiyi müsahibəsi dərc olunmuşdu.

Mövzu isə, Azərbaycanda yeni yaradılmış vitse-prezidentlik institutu və ölkənin Birinci vitse-prezidenti postuna Mehriban xanım Əliyevanın təyin olunması idi. Gözlənildiyi kimi, İsa Qəmbər bu dəfə də öz “ənənəvi” mövqeyindən çıxış etdi.

Yəni iqtidar tərəfindən atılan bütün addımlar, həyata keçirilən mütərəqqi islahatlar kimi, bu yenilik də İsa bəyin kəskin tənqidinə məruz qoyuldu.

Müxalifət liderlərini təmsil edən İsa Qəmbərin bu mövqeyinə, eləcə də müsahibədə yer almış bəzi məqamlara münasibət bildirməsi üçün Emtv.az-n əməkdaşları yeni yaradılmış (və hələlik adının tam açıqlanmağını istəməyn) QHT-nin rəhbəri, ibrətamiz şeirləri və qəzəlləri ilə tanınan, "Müstəqil lider" jurnalının baş redaktoru, tanınmış yazar, Faiq Əhmədova müraciət ediblər.

Mövzuya dair bizimlə öz fikirlərini bölüşən Faiq müəllim əməkdaşlarımıza bunları deyib:

- Xatırlatdığınız müsahibə ilə tanışam və əlbəttə ki bu cəfəngiyyatın bir kəlməsini də qəbul etmirəm. Diqqət etmisinizsə, əslində İsa bəyin heç özü də öz dediklərinə qətiyyən əmin deyil. Əgər belə olmasaydı, “Milli Strateji Düşüncə Mərkəzinin sədri” kimi pafoslu vəzifəyə iddialı olan İsa Qəmbər ona verilən konkret suallara gümanlar əsasında cavab verməzdi, konkret müddəalar ortaya qoyardı. Bir xatırlatma verim. Sözügedən müsahibədə ölkəmizdə vitse-prezidentlik institutunun yaradılmasını zəruri edən məqamlar barədə ona ünvanlanmış suala cavab verərkən, İsa bəy belə bir ifadə işlətmişdi: “Bunun müəyyən səbəbləri var. Biz bu səbəbləri araşdırırıq. Müəyyən gümanlarımız da var...

” Razılaşın ki, çox qəribə və məntiqsiz səslənir. Kimlərsə iş görür, çalışır, məmləkətə gün ağlamağa çalışırlar, bunlar da hələ araşdırırlar! Həm də öz gümanları əsasında. Hələ bir digər ifadələrə diqqət edin: “Bu hal Azərbaycanın onsuz da dünyada yüksək olmayan nüfuzunu daha da azaldan, Azərbaycanı gülüş obyektinə çevirən, yolverilməz bir hadisədir...”

Əlbəttə, öz gümanlarına istinad edib bu və ya digər ictimai-siyasi hadisəyə şərh verən “siyasətçi”dən bundan artıq fikir gözləmək də olmaz. Axı Azərbaycanın dünyada hansı nüfuza sahib olduğunu anlamaq üçün, əvvəlcə gərək özünün bu məmləkətdə, məhdud bir çevrə daxilində də olsa müəyyən qədər nüfuzun ola.
Gümanlar üzərində dövlət idarə olunmaz. Tanınmış yazar Faiq Əhmədov, müxalifət lideri İsa Qəmbərin müsahibəsinə sərt reaksiya verdi
Ondan sonra, gərək dünyada baş verən hadisələri düzgün təhlil edə biləsən. Ən azından hansı böyük dövlətlərin mövcud olduğumuz regionda, bəzi hallarda isə, hətta bu regionun hüdudlarından kənarda belə cərəyan edən proseslərə nüfuz edə bilmək üçün məhz Azərbaycanla olan münasibətlərini korrektə etməyə səy göstərdiklərini gərək görə biləsən.

Amma hardan? Gümanlar imkan verir ki?

Fikirləri-zikirləri iqtidar daxilində guya ki, mövcud olan hansısa “ziddiyyətlər”i qızışdırmaq və bu yolla da hakimiyyəti zəiflətmək xülyalarını millətə srımaqdan ibarətdir. Diqqət edin, birinci vitse-prezident postuna təyinatla bağlı səsləndirilən fikirlərdən birində deyilir:

“Əsas önəmli cəhət odur ki, bu həm ölkədaxili ictimai-siyasi münasibətlərin kəskinləşməsinə rəvac verəcək, həm də hakimiyyətdaxili ziddiyyətlərin kəskinləşməsinə təsir göstərəcək. Bu, özünü müxtəlif istiqamətlərdə, müxtəlif müstəvilərdə göstərəcək...”

İlk növbədə maraq doğuran məqam budur ki, İsa bəy ölkəmizdə ictimai-siyasi münasibətlərin kəskinləşməsinin onun təmsil etdiyi dairələr üçün ən vacib, önəmli cəhət olduğunu qətiyyən gizlətməyə çalışmır. Yəni istədikləri budur ki, ziddiyyətlərin kəskinləşməsi müxtəlif istiqamətlərdə və müstəvilərdə inkişaf etsin.

Başqa sözlə desək, ara qarışsın, ölkə xaosa yuvarlansın. Əlbəttə, axı bunların xaos nəzəriyyəsindən başqa tətbiq edə biləcəkləri heç bir bilik və təcrübələri də yoxdur. İsa bəy buyurur ki, guya ölkə rəhbərliyi tərəfindən qəbul edilmiş qərarlar xalqın maraqlarına ziddir. Axı bir mənə deyin görüm, bunların ümumiyyətlə xalqın maraqlarından danışmağa hansı haqları var?

Bu insanların yeganə məqsədi nə yolla olursa-olsun dövlətçiliyimizin əsaslarını zəiflətmək, ölkədə xaos yaradaraq hakimiyyətə gəlmək və öz xarici himayədarlarının əllərindəki boyunduruğu millətin boynuna keçirməkldir.

Xalqımız isə, artıq 1991-92-ci illərdə bu kimi “təcrübələrin” acı nəticələrini kifayət qədər dadıb və məhz bu kimi halların artıq bundan sonra heç zaman təkrar olunmaması üçün də öz tarixi seçimini edib. Və artıq heç bir “güman” Azərbaycanda xalqla dövlət arasında olan vəhdəti qətiyyən sarsıda bilməz!

Hazırladı: Aysu Əliyeva.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR