SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda soyqırımı qurbanlarının xatirəsi anılıb

31-03-2017, 11:40 | Oxunub: 13 308 |

Naxçıvanda soyqırımı qurbanlarının xatirəsi anılıb
Naxçıvanda soyqırımı qurbanlarının xatirəsi anılıb
Naxçıvanda soyqırımı qurbanlarının xatirəsi anılıb
Naxçıvanda soyqırımı qurbanlarının xatirəsi anılıb
AMEA Naxçıvan Bölməsində “Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti” mövzusunda keçirilən elmi konfransda əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev 1918-ci ilin mart ayında ermənilər tərəfindən Bakı şəhəri ilə yanaşı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur və digər bölgələrdə dinc əhaliyə qarşı törədilmiş kütləvi qətl və qırğınlar barədə ətraflı məlumat verib. Bildirib ki, mart qırğınları azərbaycanlılara qarşı ermənilərin planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərindən biri olub. 1918-1920-ci illərdə xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış yeri ermənilər tərəfindən talan edilərək yandırılıb, dağıdılıb, eyni zamanda qadın, uşaq, qoca vəhşicəsinə qətlə yetirilib. Bir çox dövlətlərin arxivlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələrlə bağlı çox sayda arxiv materialları var.

Tədbirdə Mir Möhsün Nəvvabın “1905-1906-cı illər erməni-müsəlman davası”, Məmməd Səid Ordubadinin “Qanlı illər” adlı kitablarından və digər tədqiqat əsərlərindən bəhs olunaraq bildirilib ki, həmin kitablarda saxtakar ermənilərin təcavüzkar siyasətlərini təsdiq edən mühüm tarixi sənədlər işıqlandırılıb. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə, deportasiya və soyqırımı aktlarına qarşı rəsmi şəkildə, cəsarətlə, yorulmadan mübarizə aparılması isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı faciələrinə ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hüquqi-siyasi qiymət verilib.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Şıxəliyev, həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev, tarix üzrə fəlsəfə doktorları İlhami Əliyev, Elnur Kəlbizadə, Toğrul Xəlilov məruzələrlə çıxış ediblər.

Konfransda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü və Xocalı soyqırımına dair real faktları əks etdirən fotoşəkillər və sənədlərdən ibarət slayd göstərilib.

Qeyd edək ki, bölmənin Mərkəzi Elmi Kitabxanasında Azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar kitab, qəzet, jurnallardan ibarət sərgi də təşkil olunub.

X X X

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi açılıb.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Azərbaycanın müxtəlif bölgələrində xalqımıza qarşı ermənilər tərəfindən törədilən ağlasığmaz vəhşiliklərdən və cinayətlərdən danışıb. Rektor belə sərgilərin təşkilinin əhəmiyyətli olduğunu vurğulayıb.

Sonra sərgiyə baxış olub.

Sərgidə mart soyqırımı gənc rəssamların təsəvvürlərində yenidən canlandırılaraq ictimaiyyətə rənglərin dili ilə çatdırılıb, onların soyqırımı hadisələrinə olan münasibətlərini əks etdirən işləri təqdim edilib. Sərgidə yer alan əsərlərdə cinayətkar erməni millətçilərinin vəhşiliyi nəticəsində qətlə yetirilmiş, erməni zülmünə məruz qalmış insanlar gənc tələbələrin yaradıcılığında nümayiş olunub.

X X X

“Naxçıvan” Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Erməni daşnaklarının xalqımıza qarşı həyata keçirdiyi soyqırımı - 31 mart” mövzusunda elmi konfrans olub.

Əvvəlcə soyqırımı qurbanlarının, torpaqlarımızın azadlığı və dövlət müstəqilliyi uğrunda canlarından keçmiş soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Konfransı açan ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı aktının acı nəticələrindən və 70 illik sovet imperiyası rejiminin tarixi cinayətin ört-basdır edilməsi üçün həyata keçirdiyi məkrli siyasətdən danışıb.

Sonra universitetin tədris işləri üzrə prorektoru İbrahim Kazımbəylinin “Mart soyqırımı - tarixi faktlar”, Ümumi tarix kafedrasının professoru Vəli Baxşəliyevin “XX əsr azərbaycanlıların soyqırımı və deportasiyası” mövzusunda məruzələri dinlənilib. Qeyd olunub ki, erməni quldur dəstələri 1918-ci ilin mart ayında Naxçıvan bölgəsində də dəhşətli qırğınlar törədiblər. Onlar Naxçıvan və Şərur-Dərələyəz qəzalarının kəndlərinə basqınlar edib, əhaliyə divan tutub, qadınları, uşaqları, qocaları belə öldürüblər.

Sonda “Azərbaycanlıların soyqırımı və deportasiyası tarixi” adlı slayd nümayiş etdirilib.

X X X

1918-ci ilin mart qırğınları mənfur ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarından biridir.

Bu barədə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbirdə şuranın sədri Sucaxan Novruzov danışıb.

Bildirilib ki, 31 mart soyqırımı milli faciə tariximizin heç zaman unudulmayacaq səhifəsini təşkil edir. Xalqımıza qarşı soyqırımı törədilməsində əsas məqsəd torpaqlarımızın işğalı və “böyük Ermənistan” dövlətinin yaradılması idi. Ermənilər XIX əsrin sonlarından başlayaraq Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya, etnik təmizləmə siyasəti yürüdərək 1905-1907-ci və 1918-1920-ci illərdə Bakıda, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda və digər bölgələrdə dəhşətli qırğınlar törədiblər. 1918-1920-ci illərdə Naxçıvanda ermənilər tərəfindən 73 min 727 nəfər azərbaycanlı qətlə yetirilib. Lakin yerli özünümüdafiə dəstələri erməni işğalçılarına qarşı əzmkarlıq və mətanətlə mübarizə aparıblar.

Tədbirdə çıxış edənlər bildiriblər ki, xalqımızın başına belə faciələrin gətirilməsi hamımızı düşündürməlidir. Hər kəs mənfur düşmənin məkrli əməllərinə qarşı ayıq-sayıq olmalıdır. Ermənilər törətdikləri cinayətlərə görə tarix qarşısında gec-tez cavab verəcəklər.

X X X

Naxçıvan Tibb Kollecində də 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollecin direktoru Sona Məmmədova tədbiri açaraq 1918-ci ilin mart soyqırımından bəhs edib, o dövrdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, tarixin bütün dönəmlərində erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb.

Sonra kollecin müəllimləri Rəna Vəliyeva və Xanım Kazımova 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində minlərlə azərbaycanlının qətlə yetirildiyi, on minlərlə insanın itkin düşdüyü barədə faktlarla ətraflı məlumat veriblər.

Sonda tədbir iştirakçıları azərbaycanlıların soyqırımı ilə əlaqədar sənədli filmə baxıblar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR