SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Komitə sədri: “Azərbaycandakı sabitlik investorlar üçün əlverişli imkanlar yaradır”

31-03-2017, 11:06 | Oxunub: 7 509 |

Komitə sədri: “Azərbaycandakı sabitlik investorlar üçün əlverişli imkanlar yaradır”
“Prezident İlham Əliyevin martın 27-də Saatlıda keçirdiyi respublika müşavirəsinin ölkə iqtisadiyyatının inkişafına ciddi töhfələri olacaq”.

Bunu mətbuata açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Arif Rəhimzadə bildirib.

Ölkə başçısının gördüyü işlərin, atdığı addımların müsbət əhəmiyyətə malik olduğunu vurğulayan A.Rəhimzadə deyib ki, Azərbaycan əhalisi Prezidentin atdığı addımları yekdilliklə dəstəkləyir və təqdirəlayiq hesab edir:“Hazırda Azərbaycan ən böyük ehtiyat vəsaiti kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsindən əldə edə bilər. Ona görə də ölkə başçısının kənd təsərrüfatı sahəsinə yönəldilən bütün addımlarını yüksək qiymətləndirirəm. Bu, cəmiyyət tərəfindən də çox yüksək qiymətləndirilir. Bizim ən böyük maliyyə ehtiyatımız bu sahədədir”.

A.Rəhimzadə qeyd edib ki, kənd təsərrüfatı sahəsi neft gəlirlərini tam əvəz edə bilməsə belə, insanların işlə təmin olunmasında mühüm rol oynayır:“Ola bilər ki, kənd təsərrüfatından istənilən qədər gəlir götürmədik. Ancaq insanlar üçün iş yerləri olacaq, onlar orada çalışacaqlar, vəsait əldə edəcək, hamı gəlib şəhərə yığılmayacaq. Bütün bu amilləri nəzərə alsaq, kənd təsərrüfatının inkişafı neftdən heç də az əhəmiyyətli deyil”.

A.Rəhimzadə vurğulayıb ki, Azərbaycanda hökm sürən siyasi sabitlik və təhlükəsizlik şəraiti investorlar üçün əlverişli imkanlar yaradır:“Hazırda Azərbaycanın ətrafında yerləşən dövlətlərə baxsaq, görərik ki, hamısında narahatçılıq, qeyri-sabitlik mövcuddur. Həmin ölkələrdə insanlar özlərini təhlükəsiz hiss etmirlər. Ancaq Azərbaycanda sabitlik mövcuddur. Ölkəmiz uzunmüddətli investisiya vəsaiti qoymaq üçün ən əlverişli ölkələrdən biridir. Misal üçün, Ukraynaya, Suriyaya, İraqa investisiya vəsaiti qoyan adam 2-3 aydan sonra onun taleyinin necə olacağını dəqiq bilmir. Ancaq Azərbaycanda uzunmüddətli təminat var”.

Komitə sədri Azərbaycanda azad iqtisadiyyatın inkişafı üçün Gürcüstan təcrübəsindən də yararlanmağın vacib olduğunu bildirib:"Gürcüstanda azad iqtisadiyyatla bağlı müsbət hallar varsa, biz o təcrübəni də öyrənməliyik. Mən demirəm ki, biz idealıq, amma Gürcüstan pisdir. Gürcüstanda da müsbət örnəklər var və onlara da diqqət yetirmək lazımdır. Əgər Gürcüstanda bizə fayda gətirəcək məqamlar varsa, onları götürmək olar”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR