SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Zərdab Respublikada ən geridə qalmış rayondur…” – ŞİKAYƏT

28-03-2017, 09:58 | Oxunub: 12 449 |

“Zərdab Respublikada ən geridə qalmış rayondur…” – ŞİKAYƏT
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Zərdab rayonundan bir qrup sakin Prezident İlham Əliyevə müraciət ediblər. Aşağıda ixtisarla təqdim edirik:

– Çox hörmətli cənab Prezident!
Düz 10 ildir ki, Lütvəli Babayev Zərdab rayonunda icra başçısıdır. Gəlin baxın, Zərdab respublikada ən geridə qalmış rayondur ki, bunun da bir nömrəli səbəbkarı Lütvəli Babayevin olduqca zəif fəaliyyətidir. Zərdab-Ucar, Zərdab-Kürdəmir, Zərdab-Ağcabədi magistral yolları tamamilə yararsız vəziyyətdədir. Rayonun mərkəzi küçələrinin asfalt örtüyü dağlıb. Rayonun mərkəzi küçələri zibilliklərə, sahibsiz itlərə qərq olub. Bu 10 il ərzində Lütvəli Babayev, ancaq fərqli işlərlə məşğul olub. O, bu 10 ildə rayonda həyata keçirdiyi bir dənə tutarlı işi nümunə çəkə bilməz ki, məsələn, bunun nəticəsində çoxsaylı iş yerləri açılıb. Rayon sakinləri Allahın ümidinə öz başlarını saxlayırlar. Kənd yollarımız keçilməzdir, viran gündədir. Kəndlər, sanki donub, 21-ci əsrin kənd həyatını yaşamırlar. İş yerləri yoxdur, kənd cavanları rayonu tərk edib şəhərlərə üz tuturlar. Buna görə Zərdab respublikada ən yoxsul, şəraitsiz rayondur. Lütvəli Babayevin apardığı siyasətin nəticəsində sahibkarlar öz iş yerlərini bağlayırlar. Dəhşətlisi odur ki, hətta çayxana işlədənlər də kimlərəsə haqq verirlər. Rayon sakinləri bu səbəbdən icra başçısından tamamilə narazıdırlar. Lütvəli Babayevin toy şənliyində prezidentin şəninə dediyi tostun sosial şəbəkələrdə yayılmasına baxıb çox xəcalət çəkdik ki, sakini olduğumuz rayonu görün kim idarə edir. Lütvəli Babayevin yaxın günlərdə Ucar rayonuna icra başçısı vəzifəsinə təyin ediləcəyi barədə yaxın ətrafına deyib. Elə buna görədir ki, sahibkarlara hücum çəkib hərədən 500 -1000 manat arası pul yığılır. Lakin adını belə qoyublar ki, guya pambıq əkilməsi üçün pul toplanılır. Axı Dövlət büdcəsindən bu sahəyə vəsait ayrılıb, yardım verilir.

Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik, Zərdab rayonunu kasıb və lüt vəziyyətə salmış Lütvəli Babayevin barəsində tədbir görülsün.

Zərdab rayon sakinləri,
Qasımov Faiq Nəsir oğlu, Sadıqova Səmərrux Eldar qızı, Mehdiyeva Aybəniz Rafiq qızı, Əliyev Lətif Səhrab oğlu, Süleymanova Xədicə Məmməd qızı, Vəliyev Qurban Oruc oğlu və başqaları.

Emtv.az/Seymur Rəhimov

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR