SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Prezdient Milli orduyla bağlı sərəncam verdi

24-06-2015, 20:56 | Oxunub: 1800 |

Prezdient Milli orduyla bağlı sərəncam verdi
“EMTV.az” xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam verib. Sərəncamda deyilir:


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının aşağıdakı fəxri adları verilsin:


“Xalq artisti”
Tağıyeva Anaxanım Ehtibar qızı – baş leytenant

“Əməkdar mədəniyyət işçisi”
İmamquliyev Zöhrab Həmzə oğlu – polkovnik-leytenant
Bayramova Zəminə Məhəmməd qızı

“Əməkdar müəllim”
Həsənova Lalə Sadıq qızı
Məmmədov Bayram Heydər oğlu

“Əməkdar həkim”
Babayev Famil Əlikərəm oğlu – tibb xidməti polkovniki
Əliyev İbrahim Alxan oğlu – tibb xidməti polkovniki
İbrahimov Elxan Paşa oğlu – tibb xidməti polkovniki.


Prezident həmçinin, Silahlı Qüvvələrin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:


polkovnik Axundzadə Yusif Yevgeniyeviç
polkovnik Eyyubov Teymur Tərlan oğlu
polkovnik Əliyev İkram Zülfü oğlu
polkovnik Hüseynov Zahid İbrahim oğlu
polkovnik Orucov Elman İzzət oğlu.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2015-ci il.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR