SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar təhsildə fərqlənən tələbələrə təqaüd verəcəklər

15-03-2017, 12:36 | Oxunub: 10 371 |

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar təhsildə fərqlənən tələbələrə təqaüd verəcəklər
Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” universitetinin qabaqcıl, eyni zamanda, maddi-sosial imkanları zəif olan 50 tələbəsinə muxtar respublikada fəaliyyət göstərən iş adamları tərəfindən təqaüdlər veriləcək.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının Naxçıvan Biznes Mərkəzində keçirdikləri birgə tədbirdə ətraflı söhbət açılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov çıxış ediblər.

Qeyd olunub ki, ölkəmizdə təhsil sahəsində qazanılan uğurlar və əldə olunan nailiyyətlərdə Naxçıvan təhsilinin özünəməxsus rolu və payı var. Muxtar respublikada təhsilə göstərilən yüksək diqqət və qayğı sayəsində hər bir yaşayış məntəqəsində yeni məktəb binaları tikilib, ümumilikdə, ötən müddətdə 374 elm və təhsil müəssisəsi üçün bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilib.

Vurğulanıb ki, müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadr hesab olunur. Ona görə iqtisadiyyatın müxtəlif sahələri üzrə kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən, Naxçıvan Dövlət Universiteti üzrə İqtisadiyyat, Dünya iqtisadiyyatı, Menecment və “Naxçıvan” Universiteti üzrə Menecment, İqtisadiyyat, Biznesin idarə edilməsi ixtisasları İqtisadiyyat Nazirliyinə hamiliyə verilib.

Hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin həvəsləndirilməsi və özəl sektorun bu işə cəlb edilməsi məqsədilə sahibkarlıq subyektləri ilə maarifləndirici tədbirlər keçirilib. Nəticədə 17 sahibkar könüllü olaraq tələbələrə təqaüdlərin verilməsi üçün muxtar respublikanın İqtisadiyyat Nazirliyinə müraciət ünvanlayıb. Bu tədbirlərin davamı kimi universitetlərlə birgə iş aparılıb, təhsildə fərqlənən 50 tələbəyə təqaüdlərin verilməsi nəzərdə tutulub.

Gələcəkdə hamiliyə verilmiş ixtisaslar üzrə kadrların özəl sektorda işlə təmin edilməsi qarşıya qoyulmuş prioritet məsələlərdəndir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Sahibkarlar Konfederasiyası, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin dördtərəfli razılaşmaları imzalanıb.

Sonda Naxçıvan Dövlət Universitetinin tələbəsi Uğur Əkbərov və “Naxçıvan” Universitetinin tələbəsi Ruhiyyə Qasımova çıxış edərək, yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Emtv.az/L.Xubyarzadə

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR