SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan XİN Sarkisyanın cavabını verdi

14-03-2017, 12:17 | Oxunub: 8 399 |

Azərbaycan XİN Sarkisyanın cavabını verdi
Ermənistan prezidenti Serj Sarkisyanın "İzvestiya" qəzetində dərc olunmuş “Təhlükəsizlik və davamlı demokratik inkişaf “ məqaləsinin “Müharibə, hərbi diktatura və sosial-iqtisadi tənəzzül” adlandırılması daha doğru olardı. İndiki Ermənistan rəhbərliyinin siyasəti və müharibə avantürası nəticəsində Ermənistan hazırda təcrid vəziyyətində, siyasi, sosial-iqtisadi və demoqrafik baxımdan böhran şəraitində olan dövlətdir.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məqaləni şərh edərkən deyib.
XİN rəsmisi bildirib ki, Ermənistan rəhbərliyindən fərqli olaraq, real statistik rəqəmlər və beynəlxalq təsisatların hesabatları ölkədəki acınacaqlı vəziyyəti aydın şəkildə təsvir edir: "Son 8 ildə, elə Sarkisyanın prezidentliyi dövründə Ermənistanın xarici borcu 300 faizdən yuxarı artıb və ümumi daxili məhsulun 50 faizindən artığını təşkil edir. Xarici borcun real gəlirləri üstələməsi Ermənistanın tam defolta yaxınlaşmasının göstəricisidir. Beynəlxalq maliyyə təşkilatları bununla əlaqədar öz narahatlığını dəfələrlə ifadə edib. Ölkədə yoxsulluq 32 faiz göstərilsə də, reallıqda bu rəqəm 50 faizdən artıqdır".
H.Hacıyev qeyd edib ki, xaricdən alınan borcun müqabilində ölkədə davamlı inkişaf üçün nə iqtisadi baza, nə də ki infrastruktur yaradılıb: "Populist xarakterli sözlərdən fərqli olaraq, mövcud iqtisadi durum və iqtisadiyyatın potensial artım tendensiyası Ermənistan üçün heç bir nikbin perspektiv vəd etmir. Eyni tərzdə Ermənistan rəhbərliyi tərəfindən Ermənistan-Azərbaycan, Dağıq Qarabağ münaqişəsi ilə əlaqədar məsələlər təhrif olunur. Münaqişənin həlli ilə əlaqədar beynəlxalq sənədlər və beynəlxalq ictimaiyyət bir şey deyir, Ermənistan rəhbərliyi tamamilə başqa şeydən danışır. İşğal, təcavüz və qanlı etnik təmizləmə törətmiş dövlətin başçısının beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrlərinin adından danışmağa heç bir siyasi, hüquqi və mənəvi əsası yoxdur. Əgər həqiqətən Ermənistan beynəlxalq ictimaiyyətin iradəsinə uyğun olaraq münaqişənin həllində maraqlıdırsa, onda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əsasən işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarının dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını təmin etməlidir. Nəticə etibarilə münaqişənin fundamental əsasını təşkil edən hərbi işğal faktı aradan qaldırılmalı və ATƏT-in Minsk qrupunun həmsədrlərinin qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvo dəyişdirilməlidir. Amma reallıqda bunun tamamilə əksini görürük. Ermənistan münaqişənin həlli üçün substantiv danışıqlara imkan vermir, hərbi və siyasi təxribatlarını davam etdirir və hər vəchlə işğala əsaslanan mövcud status-kvonu saxlamağa çalışır. Ermənistan rəhbərliyi erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə münaqişənin real həlli üçün çalışması və düzgün siyasi iradə nümayiş etdirməsi daha faydalı olardı".

Emtv.az/L.Xubyarzadə

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR